adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Sentyabr 2018 13:42
19384
TEXNOLOGİYA
A- A+

Azərbaycanın “Azerspace-2” peyki uçuşa hazırlaşır - TƏFƏRRÜATLAR

Sentyabrın 21-dən başlayaraq Azərbaycanın "Azerspace-2/Intelsat 38” telekommunikasiya peykinin buraxılması üzrə işlər start hazırlığı vəziyyətinə gətiriləcək.

Trend-in məlumatına görə, bu barədə "Arianespace” şirkəti bildirib.

VA243 uçuş missiyası "Ariane 5” raketi üçün sayca 100-cü, "Arianespace” buraxılış qurğuları üçün isə 300-cü olacaq.

"Azerspace-2/Intelsat 38” peykinin buraxılışı sentyabrın 25-dən 26-a keçən gecə Bakı vaxtı ilə 01:53 və 02:38 saatları arasında, Fransa Qvianasının Kuru aerodromundan baş tutacaq.

Azərbaycan peyki ilə yanaşı "Horizons 3e” peyki də orbitə buraxılacaq.

Qeyd edək ki, "Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.