ANA SƏHİFƏ / HÜQUQ

Nazirlik zavodu məhkəməyə verdi

4184    |   2018-09-19 12:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Atmosfer havasını çirkləndirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının 2 ay əvvəl cərimə sanksiyası tətbiq etdiyi "Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin ekoloji tələblərə cavab verməyən fəaliyyəti barədə ətrafda yaşayan sakinlər yenidən Nazirliyə şikayət edib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, müəssisənin yerləşdiyi Sabunçu rayonu, Anaşkin küçəsi ərazisində növbəti monitorinq və araşdırma aparılıb. Nəticələrə əsasən atmosfer havasına atılan zərərli maddələrin Yol Verilən Qatılıq Həddini keçdiyi, ekoloji normativ sənədlərin olmadığı, qaz-toztutucu qurğuların quraşdırılmadığı və 2018-ci ilin iyul ayında ETSN tərəfindən verilən "məcburi göstəriş”in tələblərinə riayət olunmadığı aşkar edilib.

Faktla bağlı "Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC barəsində akt və hüquqi şəxs qismində protokol tərtib edilib və müəssisə barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sabunçu rayon məhkəməsinə göndərilib.

Xatırladaq ki, ETSN-nin əməkdaşları tərəfindən 2018-ci ilin iyul ayında "Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin şüşə-boru sexinin ətraf ərazilərində monitorinq aparılıb və atmosfer havasına atılan zərərli maddələrin sanitar norma həddini keçdiyi müəyyən edilib. Zavodun icraçı direktoru İsgəndər Əliyev inzibati qaydada 2500 manat məbləğində cərimə olunub və çatışmazlıqların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.



İmza:

Fədayə Laçının məhkəməsi təxirə düşdü - SƏBƏB?

Bakıda 19 nəfəri aldadan bağça müdiri və müavinlərinin məhkəməsi başladı

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI

Fədayə Laçının məhkəməsinə 50-yə yaxın əlavə şahidin çağırılması tələb olundu

Fədayə Laçınla birlikdə saxlanılan qızın üstündəki 800 dollar yoxa çıxıb

İlhamə Quliyevanın oğlunun həbsinin - TƏFƏRRÜATI

Prokuror Bakıda piyadanı vurub öldürən dünya çempionuna 7,6 il cəza istədi

Evə girəndə gördük ki, oğru oturub araq içir - MƏHKƏMƏ

Fədayənin məhkəməsində şahid: Gördüm ki, pəncərə açıqdır, həmin vaxt artıq dustaqlar qaçmışdı

Narkoloji Mərkəzdəki yanğınla bağlı zərərçəkmiş: Sanki xəstələrə yüksək doza vurmuşdular

Ramin Hacılının həbs müddəti uzadıldı

Prokuror özünü MTN əməkdaşı kimi təqdim edən dələduza 8,6 il cəza istədi

SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK