adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Pərdələri endirin, tamaşa başlamır - TEATRDAN REPORTAJ

EMİNQUEY AKİF
41524 | 2018-09-19 11:56

"Gənctamaşaçılar teatrı”nın önündə gəzişə-gəzişə içimdə özümlə danışıram:

"Emin, gör e,hardan hara gəldin çıxdın. Bir vaxtlar bu teatrın önündə təqdimatlara gəlirdin,yazırdın. Sonra teatrda tamaşalara ayaq açdın, aktyorlardan bir-ikisiylə dostoldun. İndi də teatrın "mətbəxi”nə girəcəksən. İki il əvvəl yatsan da yuxugörərdinmi ki, nə vaxtsa qəzetə reportaj hazırlayacaqsan və bura qədərgələcəksən?!”

Fotoqraf dostumda mənə qoşulub, "teatr mətbəxi”nin qoxusunu udmağa söz verdi. Fərid teatrınqarşısına gəlir, görüşüb xidməti qapıya üz tuturuq. İçəri girib informasiyaxidmətində əyləşən qadına yaxınlaşırıq.

- Biz mətbuat katibi Lalə xanımla danışmışıq. Bu gün qrim otaqlarındaolmalı, aktyorların tamaşaya necə hazırlaşdıqlarını müşahidə edib reportaj hazırlamalıyıq.

Xanım zəngvurur, adımı soruşur və bizə içəri girməyə icazə verir.

- Qalxın ikinci mərtəbəyə, 19-cu otaqda truppa rəhbəri oturur. O siziyönləndirəcək.

Təşəkkürümübildirib Fəridlə yol alırıq o mübarək insanın yanına. Truppa rəhbəri Ələsgər Muradxanlıbizi qarşılayır, məmnunluqla zala doğru hərəkət edirik. Bizi aktyorNofəl bəylə tanış edib öz otağına yollanır.

Aktyor Nofəl Vəliyev biziqarşılayır. Hal-əhvallaşırıq.

- Nofəl bəy, mümkündürsə, bizi qrim otaqları ilə tanış edin.

Otaqların hamısınınqapı divarında nömrələr və aktyorların adları qeyd olunub. Əgər Nofəl bəyolmasaydı, azıb qalacaqdıq bu dolanbac dəhlizlərdə. Daxil olduğumuz birinciotaq Vahid Orucoğlunun otağıdır. O, əlindəki kağıza baxır, öz mətnini bir dahaoxuyur. Sonra üz gözünə əl gəzdirir. Özünə güzgüdə baxır. Bu baxışlar aktyoruntamaşadan qabaq öz yaratdığı obraza baxışıdır, hazırlığıdır.

Yol alırıqqrim sexinə, 30 nömrəli rekvizitlər otağına. Elə bil ki, gizli qətliam otağıdır. Rəflərdə qəribəpariklər taxılmış bir xeyli baş var. Güzgülərdən birində aktrisa Xalidə xanımbəzənir. Sol tərəfdə Vahidin saçını fenləyirlər.


Vahid zarafatyana gileylənir:

- Can-cigər, fotoqrafçəkir deyə, özümü sındırmıram, gülümsəyirəm, amma saçımın dibləri yandı axı,ehtiyatlı ol.

Nofəl bəy Xalidə xanımın yanındakı qızuşağını göstərib deyir, iş vaxtımız tələb edir ki, bəzi işçilərin uşaqları dagəlib bizimlə teatrda olsun. Bir növ uşaqlar teatrda böyüyürlər.

Müvəqqəti otaqdan ayrılıb aktyor ƏdalətƏbdülsəmədovun otağına yollanırıq.

Nofəl bəyin qayğıkeş olmağını burada dagizlədə bilməyib səhhətimlə maraqlanır.

- İnternetdə mədəndə problem olduğunu oxudum. Mənim dərs dediyimtələbələrimdə də belə problemlər olur. Onlara həmişə deyirəm ki, mədənizağrıyırsa, gözünüzə eynək taxın. Yəni yeməyinizə fikir verin.

"Bir az içki,bir az siqaret, bir az yemək, bir az əsəb... Nofəl bəy...” - mızıldanıram.

- Olmaz. Qəti!Bu saydıqların çox adamları məhv edib. Mənim atam vaxtilə yaxşı karyera sahibiola bilərdi. O müəllim olmağı seçdi. Ki, sərbəst olsun. Dərsini desin, evəgəlsin. Yesin, içsin, gün görsün. Hə, bir də teatr da mədəyə xeyirdir.

Elə bil ki, əynimizə sehirlixalat geyinmişik. Otaqlara səyahətimiz o qədər sürətli və maraqlıdır ki. 39-cuotağa yaxınlaşanda Nofəl bəy içəri səslənir:

- Əyninizi geyindiniz, xanımlar?

İçəridən səsgəlir ki, yox...

- Neyləyirsiz? Ev tikirsiniz orada?

39-dan ötübdigər otağa giririk. Qapını açan Elşən Çarhanlı bizi qarşılayır. Əli şalvarınınbelində "İnan, eşitdim ki, çəkiliş gəlir, şalvarı tələsik keçirtdim əynimə”.

"Siz işinizdəolun, biz də öz işimizdə, - deyirəm. Natiq Fərzəliyev zarafatlaşır:

- İndi nə edək, lütlənək ki, təbii olsun?

Yollanırıq baş rolun ifaçısı Nuridəxanımın otağına. Onun qrimi biz gəlməmişdən də hazır idi. Sadəcə, son dəfəgüzgüdə özünü hazırlıq baxışından keçirməlidir.

Nofəl bəy bizi öz ixtiyarımıza buraxıbhazırlaşmağa gedir. Gəzə-gəzə düşünürəm ki, bizim işimiz bilet alıb teatragəlməkdir də. Amma bax, adamlar qarışqa kimi ora qaçır, bura qaçır, məşqlər,tamaşadan əvvəl hazırlıq. Və səhnə. Guya yeni nəsə kəşf etmişəm. Hər sahədəbelədir də. İndi siz də mənim bu 5-10 dəqiqəlik yazımın mətbəxini görmürsünüzki. Hamısını yazsam sirri qaçar.

Nofəl bəy bizə 23 nömrəli otaq demişdi.Qapını açıram. Nofəl bəy güzgünün önündə oturub, üzünə krem çəkir. Deyir, qrimiözümüz edəndə bu, adama bir növ motivasiya verir. Kərəm Hadızadə özünə bığseçir, bığları bir-bir yoxlayır, arabir Nofəl bəyin sözünü təsdiqləyir. Nofəlbəy öz halalca bığını rəngləyə-rəngləyə: "Tamaş bitsin, bığımı yollayacam məzuniyyətə.Heç xoşum gəlmir təkcə bığ saxlamaqdan, - üzünə kirşan çəkə-çəkə davam edir: -Bu isə işıq düşəndə üzümüzü parıldamağa qoymur”.

Aktyorlarımız hazır olandan sonrabirlikdə Anar Seyfullayevin otağına gedirik. Anarla Elşən Hacıbalayevi çox əlaəhval-ruhiyyədə görürük. Musiqili, rəqsli qrim prosesi. Anar otaqdan çıxır vədeyir: "Bizdə belədi də, aclıq olsun, kef olsun”.

Musiqi davam edir: "Düşün məni, düşünməniiii...”

Anar dəhlizdə aktrisa ilə toqquşur. Ammaməzəli şəkildə özünü qorxmuş kimi göstərir. Fikir verirəm, o qədər rol oynayıbki, həyatı da aktyor kimi yaşayır. Ən azından tamaşaya az qalmış aktyorhavasından çıxmır.

Aktyorlarıtamaşaya, tamaşanı teatra, teatrı tamaşaçıya əmanət eləyib teatrı tərk edirəm.Teatrın son sözü bayaq koridorlarda səslənən bu sözlər olur: "Düşün məni, düşünməni....”








TƏQVİM / ARXİV