adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Sentyabr 2018 10:19
5956
MƏMLƏKƏT
A- A+

Zaqatalaya dolu yağdı

Zaqatala rayonuna yağan güclü dolu kənd təsərrüfatına ziyan vurub.

Adalet.az report-a istinadən xəbər verir ki, sentyabrın 18-i axşam saatlarından başlayaraq 19-u səhər saatlarına kimi rayon ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb. Fasilələrlə rayon ərazisinə yağış yağıb. Sentyabrın 18-i gecə saat 23 radələrində rayonun Yuxarı Tala, rayon mərkəzinin Qaladüzü adlanan ərazisinə və dağətəyi yaşayış kəndlərinin bəzi ərazilərinə 10-15 dəqiqə ərzində güclü dolu yağıb. Yağan dolu nəticəsində sakinlərin həyətyanı əkin sahələrinə, meyvə bağlarına və rayonun kənd təsərrüaftına ziyan dəyib.