adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Sentyabr 2018 09:32
11967
DÜNYA
A- A+

Parisin mərkəzi ayda bir dəfə avtonəqliyyat üçün bağlı olacaq

Fransanın paytaxtı Parisin mərkəzi ayda bir dəfə avtonəqliyyat üçün bağlı olacaq.

Adalet.az-ın məlumatına görə, şəhərin meriyası mərkəzi küçələrin avtonəqliyyat üçün bağlı olması üzrə eksperiment keçirib və şəhər sakinləri bu təşəbbüsü dəstəkləyib.

Beləliklə, oktyabrın 7-dən başlayaraq şəhərin mərkəzi küçələri hər ayın ilk bazar günü avtonəqliyyat üçün bağlı olacaq.

Avtonəqliyyatın hərəkəti Site və Sen-Lui adalarında, Şatle meydanında, Luvr, Opera Qarnye rayonlarında, Mare və Yelisey çölləri məhəllələrində dayandırılacaq. Lakin bir neçə mərkəzi yollarda avtomobillər hərəkət edə biləcək.