adalet.az header logo
  • Bakı 18°C
18 Sentyabr 2018 19:29
10547
DÜNYA
A- A+

Tramp: Bu ölkə ABŞ seçkisinə müdaxilə etməyə hazırlaşır

Çin bütün açıq bəyanatlarına rəğmən, ABŞ Konqresinə keçirilən seçkinin nəticələrini dəyişə bilməyəcək.

Adalet.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.

"Çin fermerlərimizə, ranço işçilərinə və sənaye əməkdaşlarına hücum edərək, seçkilərə müdaxilə etməyə və nəticələrini dəyişməyə cəhd edəcəyini açıq şəkildə deyir. Lakin anlamır ki, bu insanlar gözəl vətənpərvərdirlər. Onlar Çinin illərdir ABŞ-dan ticarət məsələlərində istifadə etdiyini çox gözəl bilirlər”, - Tramp qeyd edib.