ANA SƏHİFƏ / AVTOMOBİL

“İlin ən yaxşı avtomobili” adına namizədlər - SİYAHI

3870    |   2018-09-18 16:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"World Car of The Year 2019" mükafatının təşkilatçıları nominantların siyahısını açıqlayıblar.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, "Dünyada ilin ən yaxşı avtomobili" adına 35 maşın iddialıdır. Onlar arasında "Acura RDX", "Audi A1", "A6", "Q3", "BMW 3 Series", "BMW X2", "i8 Roadster", "Dacia Duster", "Ford Focus", "Hyundai Santa Fe", "Nexo", "Infiniti QX50", "Kia Ceed/Forte", "Soul", "Niro EV", "Toyota Avalon", "Corolla" və "RAV4" markaları var.

Siyahıda "Audi"dən 4 model, BMW, "Kia" və "Toyoto"dan 3, "Hyundai", "Jeep", "Jaguar", "Lexus", "Nissan" və "Volvo"dan isə 2 model var. "Acura", "Cadillac", "Citroen", "Dacia", "Ford", "Honda", "Infiniti", "SEAT", "Subaru" və "Suzuki" bir modellə təmsil olunur.

Ekspertlər "lüks" sinifli ən yaxşı maşını "Audi A7", "Q8", "BMW 8 Series", "Mercedes-Benz GLE" və "Volkswagen Touareg" markalarının arasından seçəcəklər.

Ən uğurlu "Şəhər modeli" adı uğrunda isə "Audi A1", "BMW X2", "Kia Soul", "Seat Arona" və "Suzuki Jimmy" yarışacaq.

Bütün bu avtomobilləri 85 ekspert və avtomobil istehsalçısından ibarət münsiflər heyəti qiymətləndirəcək. Mükafatın təqdim olunma mərasimi 2019-cu ilin aprelində Nyu Yorkda keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə "World Car of The Year" mükafatına "Volvo XC60" markalı avtomobil layiq görülmüşdü.




İmza:
SON XƏBƏRLƏR
2018-10-23
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK