adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Sentyabr 2018 16:18
10158
SİYASƏT
A- A+

BU PAŞİNYANI CAMAATIN GÖZÜNƏ AZ SOXUN

Saytlarda, sosial şəbəkələrdə Ermənistanın baş naziri Paşinyanın Azərbaycan xalqını aşağılayan açıqlamalarını demək olar ki, hər gün paylaşır və müzakirə edirlər. Əvvəla, düşməndən hər şey gözləmək olar. İkincisi də, Paşinyanın o sözləri deyib-demədiyi dəqiq məlum deyil. Söyüşü söyənlə çatdıran əlli-əlliyədi. Deyək Paşinyan o sözləri deyib, sizə nə düşüb onu paylaşıb öz millətinizi təhqir edirdiniz?

Qaldı Paşinyana, darıxmayın, bu millət ona öz yerini göstərəcək. Az qalıb. Bölgədə baş verən hadisələri diqqətlə izləsəniz, bunu görərsiniz.

Möhtərəm Prezidentimiz İlham Əliyevin hörmətli Putinlə dalbadal görüşləri, hörmətli Ərdoğanın Bakı səfərləri, hörmətli Ərdoğanla hörmətli Putinin görüşləri, sentyabrın 25-də Rusiya dövlət başçısının Bakıya gözlənilən səfəri, sentyabrın 15-də Azərbaycanla Türkiyənin Bakıda birgə keçirilən möhtəşəm hərbi paradı. Hazırda 20 min əsgərin iştirakı ilə çox yüksək səviyyəli hərbi təlimi. Sayım, yoxsa bəsdi?