adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Sentyabr 2018 14:32
22463
TEXNOLOGİYA
A- A+

Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 15-də Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyasına qoşulub.

Artıq 23 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönəlmiş ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.

Azərbaycanın artıq 9 ildir ki, iştirak etdiyi bu beynəlxalq ekoloji aksiyanın təşkilatçıları qismində ənənəvi olaraq "Coca-Cola”, "Bakcell", "PAŞA Bank” şirkətləri və "ASAN Könüllülük Məktəbi”nin "Yaşıl ASAN” təşəbbüsü çıxış ediblər, aksiyanın partnyorları sırasında isə "ASAN Radio”, "Xəzər TV”, "AzEkol”, AFFA, "Baku Expo 2025”, "Alliance Asisst Group”, "Toyota” Bakı Mərkəzi, "Entreé” kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.