adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Sentyabr 2018 09:15
20774
SİYASƏT
A- A+

SOLOVYOV: "Qorbaçovun Əliyevlər ailəsinin başına gətirdikləri isə heç bir insanlıq çərçivəsinə sığmır"















Sergey Mixeyev: - Mixail Qorbaçov memuarıda yenidənqurma və 91-ci illərdən sonrakı dövrün əziyyətini çəkdiyini göstərir. Bu gün də və yəqin ki ömrünün axıran kimi də əməllərinə haqq qazandırmağa çalışır. Bütün məsələlərdə özünün haqlı və düz yolda olduğunu, lakin ətrafının ona mane olaraq ideyalarının başa çatdıra bilməməsində günahlandırır. Guya o, ABŞ rəhbərliyi ilə birlikdə «soyuq müharibəyə» son qoyub. Mən başa düşmürəm ki bu səviyyədə sadəlövh birini böyük bir dövlətə necə rəhbər seçiblər? Sovet İttifaqının dağılmasına Qorbaçov özü şərait yaradıb.










Mixail Qusman: - Mən hesab edirəm ki, Qorbaçov böyük bir şəxsiyyət kimi artıq dünya tarixinə düşüb. O çalışırdı ki, hər yerdə Sovet İttifaqının maraqlarını qorusun… Sovet İttifaqının dağılması tarixdə böyük faciə idi… Bu barədə onun köməkçisi, Karenin atası Georgi Şahnazarov (erməni) da öz xatirələrində yazıb.







Karen Şahnazarov: - Mən bu gün Qorbaçovun vəkili kimi çıxış etmək istəmirəm… O, aşağıdan – xalqdan gələn səsi – «niyə bu qədər silahlanırıq, niyə əmin-amanlıqda yaşamırıq» prinsiplərindən çıxış edərək dünyaya sülh gətirmək istəyirdi. Sadəlövhlükdürmü? Bəli… Böyük dövlətlər, o cümlədən ABŞ onu aldatdılar. Qorbaçov sadəcə olaraq həyata keçirmək istədiyi ideyaların qurbanı oldu.








Yevgeni Satanovski: - Biz hələ baş verən hadisələri axıradək araşdırıb analiz etməmişik. Qorbaçovla bağlı mənim fikirlərim tamamilə neqativdi. O, baş katib olduğu üçün elə düşünürdü ki, yalnız onun dedikləri doğrudu, yalnız onun ideyaları düzdü. Maslikov kiimi təcrübəli dövlət xadimlərinin rəyləri ilə razılaşmadığı üçün onları hakimiyyətdən uzaqlaşdırırdı… Yeltsinlə onun mübarizəsi yalnız hakimiyyət kreslosu uğrunda idi…. Manevr etmək qabiliyyəti olan, lakin əsl hakimiyyət instinktinə malik olmayan zəif insan dövləti bu vəziyyətə gətirib çıxarmalı idi. Qorbaçov bunu istəyirdi, yaxud yox, artıq heç bir fərqi yoxdur. Əgər dövlət başçısı kimi bir vəzifəni öhdənə götürürsənsə bu məsuliyyəti başa düşməliydin. Kapitan gəmini idarə edir ki, melə oturmasın.




Boris Nadejdin: - Qorbaçov ümumiyyətlə, faciəvi bir fiqurdu. O, SSRİ-ni bütün gücü ilə saxlamağa çalışırdı. Qorbaçov hakimiyyətə gələndə ölkənin iqtisadi vəziyyəti çox acınacaqlı idi… Düzdür ki, o zəif adam idi, amma 91-ci ildə dövlətin dağılmaması üçün cəmi üç adamı aradan götürməli idi. Lenindən, Stalindən, Xruşşovdan, Brejnevdən fərqli olaraq o, sovet insanının qanını tökmək istəmirdi.





Solovyov (aparıcı): - Siz nə danışdığınızı bilirsiniz? Bəs Vilnüsdə, Tbilisidə, Sumqayıtda, Bakıda və ən əsası Qarabağda tökülən minlərlə insan qanları, onları Qorbaçov tökmədimi? Heç olmasa yaxın tarixi yadınızdan çıxarmayın.








Sergey Mixeyev: - Sovet İttifaqının dağılmasında əsas rolu Qorbaçov oynadı. Bu faktdı. Böyük bir dövlətin başçısının nəyi bacardı, nəyi isə bacarmadı söhbətlərini evdə qayınana ilə müzakirə edə bilərlər. Ölkəsinin dağılması hesabına Qorbaçov tarixə dünyanın düzümünü dəyişən bir şəxsiyyət kimi düşmək istəyirdi.

Solovyov (aparıcı): - Əgər sən hakimiyyəti idarə edə bilmirsənsə istefa ver. Get pizza reklam elə.

Mixail Qusman: - Qorbaçov MDU-nun ən prestij fakültəsini bitirmişdi. Onun memuarlarında nə qədər böyük ideyaların olduğunu görürük. Bu ideyalara çox inanırdı. Sadəcə olaraq tarixin çarxı başqa istiqamətə döndü.

Yevgeni Satanovski: - Mixail Solomonoviçdən fərqli olaraq mən primitiv adamam, Qorbaçovun faciəli həyat yaşaması və savadı məni qətiyyən maraqlandırmır. Mən heç onlara tüpürmək belə istəmirəm. Onun apardığı ideyalar və qanlı siyasəti öz nəticəsini verdi… O, ölkə rəhbərliyinə gətiriləndə SSRİ-nin iqtisadi göstəriciləri ABŞ-ın iqtisadi göstəricilərinin yarısı qədər idi. Ölkə böyük resurslara malik idi. Həmin illərdə İsrailin və Çinin iqtisadi göstəriciləri ümumiyyətlə, yox səviyyəsində idi… Qorbaçov gərək Sarbona universitetini bitirəydi, bədbəxt MDU-nu yox. Onda gedib başqa işlə məşğul olardı, dövlət başçısı olmazdı… Həmin vaxt əgər Nazarbayev dövlət başçısı seçilsəydi və yaxud Heydər Əliyev hakimiyyətə gəlsəydj SSRİ heç vaxt dağılmazdı.

Solovyov (aparıcı): - Qorbaçovun opponentləri ilə necə mübarizə apardığını, necə rəftar etdiyini hamı bilir. Onun sadəcə imkanları yoxuydu ki, onları güllələsin. Əliyevlər ailəsinin başına gətirdikləri isə heç bir insanlıq çərçivəsinə sığmır.


Hazırladı: Rüstəm HACIYEV