Soner Yalçın – Dünya birincisiyik

5916 | 2018-09-21 19:02

Köləlik yolu

Deyir ki:

- 1990-cı illərdə bizimuniversitetlər Avropadakı modellərə nəzərən texniki cəhətdən daha yaxşı idi.

- Türkiyə Avropa Birliyinənamizədliyi səbəbilə 1990-larda son dərəcə yanlış bir yola soruşmadan balıqkimi atıldı. Bu Avropa Kredit Transfer sistemi (AKTS) idi.

- Heç bir elmi dəyəriolmayan, uydurma sistemi YÖK-ün təzyiqi ilə universitetlərimizdə tətbiq etməyəbaşladıq. Nəticə?

- Bizim tələbələr dördillik təhsil sonunda universitetdən ən az 240 AKTS (təxminən 160 kredit) iləməzun olur. Dünyanın ən yaxşı universitetlərindən biri olan Harvarddan 128kreditlə məzun olursan. Con Hopkins 120-129, Nort Carolina State 120-128kreditlə bakalavr dərəcəsi verir.

- Yəni bizim universitetlərdədərs yükü kredit həddindən artıqdır. Bu da bizim tələbələri həm başını dəsrdənqaldırmayan "hambal” edir, həm də bir il artıq oxumasına səbəb olur. (İngilislərin müstəmləkəsi olan Hindistanda uşaqlara "başqa düşüncələrəqapılmasınlar” deyə mümkün olması imkansız, loqororifma cədvəli əzbərlədərək"beyin soyqırımı”nı həyata keçirirlər).


- AB-nin lokomotiv ölkəsi Almaniyanın köklü universitetlər AKTS sisteminitətbiq etmirsə, bizi buna nə məcbur edir?

- Bu vəziyyət türk alitəhsilinin Avropa xaricindəki dünyəvi məkana inteqrasiya olmasında qarşıdakıillərdə problem çıxacaq.

Bəli...

YÖK tələbələrimizininkişafını, dünyaya çıxmalarını əngəlləyən bu sistemi israrla niyə davametdirir*

Müstəmləkəçilik yolunun,təhsili korlamaqdan keçdiyini bilmirmi?

Bilinir ki...

İlk təhsildən universitetsonuna qədər məktəb şagirdə öyrənməyi öyrədir. 

Yəni:

- Sual verməyi,araşdırmağı...

- Düşüncələrə, yeniliklərəaçıq olmağı...

- Nəticə çıxara bilməyi....

-Qərarlarının arxasındadura bilməyi öyrədir!

"Hambal tələbə” olmağıyox...

Azadlıq yolu

Standard&Poor'squruluşunundüzəltdiyi dünyanın ən böyük 500 şirkəti siyahısında 50 ildən çoxdur fəaliyyətgöstərən şirkətlərin sayı sadəcə 12.

Bu say getdikcə azalmağabaşlayır. Daha da qəribəsi ayaq uydurmayan, adət-ənənəyə sadiq şirkətlərin ömrüqısalır. Nümunə üçün...

2000-ci ildə dünyadafotoaparatları ilə 86 milyard şəkil çəkildi. Dünyanın ən böyük filmistehsalçısı Kodak 2010-cu ildə bu rəqəmin beş-altı şəkil çəkiləcəyəini hesabetdi. Və Kodak 2011-də iflasını istəmək məcburiyyətində qaldı. Şəkil çəkilməadətini doğru təxmin elədi, amma şəkillərin mobil telefonları ilə çəkiləcəyiniöncədən görə bilmədi.

Tarix tərsinə çevrildi:

Bəzi şirkətlər gəncləri"məsləhətçi” kimi işə götürür. Təcrübə keçən tələbələr lap əvvəllərdən çoxbəyənilmirdi, indi qapılar taybatay açıqdı. Çünki gənclərdən yeni fikirlərçıxır.


Apple proyekti Stiv Cobsun qarajından çıxmadımı?

Facebook, Google,You­Tube haradan çıxdı?

Biz isə hələ də…

Etirazçı-yenilikçi təhsilyerinə "qarışıq məktəb təhsilini” müzakirə edirik.

İqtidar dağı daşı İmamHatiplilər ilə doldurmaqla öyünür.

Universitetlərimiz dünyada hansımövzuda birincidir, bilirsiniz?

ABŞ Rice Universiteti 22 min525 tələbə arasında "elm dünyasında dindarlıq” anketi düzəltdi. Türkiyədənfizika və biologiya sahəsindən 609 elm adamı qatıldı. Nəticə…

Türk elminsanlarının yüzdə 85 faizi Allaha inanır.

Digər birinciliyimiz də bu:

Yüzdə 63-ü ibadətinivaxtlı-vaxtında edir.

Kaş ki, elmi sahələrdə də buqədər bacarıqlı olsaq!

Bacararıqmı?

Təhsildəki oyuna son qoyubazadlıq yolunu aça bilərikmi?

Redaksiyadan:

Sizə elə gəlmirmi ki, bizimorta məktəblərdə də vəziyyət bu məqalədə göstərilən kimi acınacaqlıdır.Uşaqları o qədər yükləyib əzbərləməyi öyrədirik ki, onların düşüncələrini əldənalırıq. Şagirdlərə bir az sərbəst düşüncə azadlığı verilməlidir. Bu mövzuyaqayıdacağıq. 

Dilimizə çevirən Eminquey

TƏQVİM / ARXİV