adalet.az header logo
  • Bakı 18°C
18 Sentyabr 2018 11:49
4687
HADİSƏ
A- A+

Quldurluq edən şəxslər saxlanılıb

Sentyabrın 17-də saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Qaragüney kənd sakinləri Ceyhun Muradov, Xəyal Fətişov və Sakit Nuruşov polis əməkdaşları tərəfindən saxlanılıb, digər bir nəfər isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.