adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Sentyabr 2018 11:07
17830
MƏDƏNİYYƏT
A- A+

“Kişi ol” adlı film gəlir


Daha çox baxımlı serialların ssenaristi və aktyor kimi tanınan Valeh Əhmədov bu dəfə tamaşaçıların qarşısına bədii filmlə çıxmağa hazırlaşır.

Adalet.az xəbər verir ki, həm ssenari müəllifi, həm də rejissoru olduğu "Kişi ol” adlı film dram janrındadır. Müasir həyatın içindən gələn mövzunun tamaşaçıların ürəyincə olacağı gözlənilir. Filmin çəkilişləri artıq yekunlaşıb.

Çəkilişlər Bakı və İsmayıllıda olub. "Kişi ol” filmində Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, tanınmış aktyorlar Tural Baxış, Fəridə Şahbazova, Kamil Nazim, Aysel Nasir, Xatirə Süleymanova, Flora Hüseynli, Vaqif Kərimov, Elvin Ağayev, Elsevər Mehdizadə, Sənan Əlləz, Əli Əlizadə, Cavanşir Məhərrəmov, Namiq Məna, Erkin Ergin, Sabir Samiroğlu, Namis Şirməmmədov və digərləri rol alıblar. Filmin bu il işıq üzü görəcəyi gözlənilir. Hazırda montaj prosesi gedir.