adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Sentyabr 2018 11:05
7174
MƏMLƏKƏT
A- A+

Yaddan çıxmaz Qarabağ...! - VİDEO

Qarabağ xanlığının yaranmasından 270 il keçir

Bu il mürəkkəb siyasi proseslərin fonunda yaranan Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsində Pənahəli xanın səyi və şücaəti nəticəsində Qarabağ xanlığının yaranmasından 270 i ötür.

Təəssüf ki, belə əlamətdar bir tarixi hadisəni qeyd etmək üçün bu gün əlimiz Qarabağa çatmır. Amma əlaltımızda olanları da düzgün istifadə edə bilmirik axı. Birinci Qarabağ savaşında itirdiklərimiz sayəsində erməni tərəfi bayramlarına bayram qataraq hər il Şuşanın, Ağdamın, Laçının, Kəlbəcərin işğalını toy bayrama çevirir.

Biz isə belə günlərdə yalnız Şəhidlər Xiyabanını ziyarət etməklə kifayətlənir, torpaqlarımızın geri qaytarılacağına inamımız izhar etməkdən savayı başqa bir iş görmürük.

Millər vəkili, yazıçı Aqil Abbasın fikrincə Azərbaycan tarxində çox önəmli yer tutan Qarabağ xanlığının yaranması tarixi öz layiqli qiymətini almalı və hər il qeyd olunmalıdır. Bu özlüyündə həm də Qarabağ həqiqətlərinin daha dərindən araşdırılmasına xidmət etmiş olar.