adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Sentyabr 2018 00:18
8958
ƏDƏBİYYAT
A- A+

İSTANBUL - TARİXİ ƏSƏR!

70-il SSRİ deyilən nəhəng bir dövlətin sərhədlərinə çəkildiyi hündür hasardan, dünya xalqlarının durumuna baxmaq qeyri- mümkün idi. Sovet imperiyasının suqutunlan sonra, ittifaqın qapı - pəncərəsində üzümüzə açıldı. Bu açılış da, bir sıra dəyərli görüntülərlə bərabər qərbin, ümumi avropanın mənfi, təzadlar həzin-həzin küləklərlə, məişətimizə daxil olmaqdadır.
İSTANBUL!
Bir az- öncə Azərbaycanın Şamaxı rayonuna çatmamış, yol qırağında, sənin dünyaya gətirdiyin igid türk oğlanları bizi 1918-ci ildə işğalçılardan azad edərkən, şəhid olmuş əsgər məzarları önündə baş əiyb kədərlənirəm.
İstanbul - Sən, sənin övladların bu gündə bizə arxadır. Və daim arxa olacaqlarına xalqımız əmindir.
İSTANBUL!
İndi budur mən yüzlərlə qaçqın və köçkünlərə, maddi və mənəvi dayaq olan ölkənin tanınmış, tikinti mühəndisi,mənim-süd qardaşım Yavarin Şirin oğlunun himayəsilə, sənin - dünyada məşhur olan Ata-Türk hava limanındayam. Biz möhtəşəm hava limamında dünyanın müxtəlif ölkələrindən gələn, dini-dili ayrı insan sıxlığından, bu izdihamı yarıb getmək olmur.
İSTANBUL!
Sənin çox dəhşətli ağrıları - acılar görmüş enini-uzununu, məkanını qoruyub saxlayıb, bu gün basılmaz bir qala kimi, indiki nəslə təhvil vermək üçün, neçə-neçə ərlər-ərənlər, sərkərdələr, şahlar, xaqanlar itirdin? Sənin indiki tanklardan, indiki silahlardan olmadığı halda, sən bir sıra işğalçılara qalib gəldin.
Lakin mənim bu gün güclü ordum, silahım olduğu halda, vətəndə vətənsiz qalmışam.
İSTANBUL!
Sənin indiki, əzəmətini-indiki durumunu - təhlil, etmək üçün keçmişin ən böyük qələm sahiblərinə bu gün də ehtiyac vardır.
Azərbaycan hava yolları ilə uçan somolyot məni 9-10 min klometr hündürlükdə, yerdə öz maşımından rahat aparır.Oturacaq yerin pəncərə önündə olduğundan dünyanı oradan seyr edirəm. Qəribə fikirlər, biri digərini əvəz edir.
İSTANBUL!
Bir vaxtlar xarici işğalçılar tərəfindən dəhşətli insan qırğınına məruz qalan, indisə dünyanın əksər insanlarının marağını qazanan bir ölkə. Bu gün məndə burdayam. Coşğun dərya kimi dalğalanan, təlatümdə olan bu diyarda, hərəkət edən xarici insanların dilini bilməmək,məndə bir qədər durğunluq yaradıb.
Bu an keçirdiyim stress aləmindən məni o, təlatümdə ilahi tərəfindən göndərilən bir ailə üzvlərinin baxışları, doğma dilimizdə olan səsləri ayırdı. Çox yüksək elm, mədəniyyət, əxlaq sahibi olan Sevinc xanım onun bu il A.Tibb universitetinə daxil olmuş qızı Nərmin və oğlu İlqarın müşayətilə, mən bu qoca diyarın bir sıra ormanlarını gəzdim! Təəssüb zaman tez yetişdi. Mən o, doğma insanları tərk etdiyimə pərişan oldum.
İSTANBUL!
30 avqust 2018-ci il
Bosfor boğazına yazın tanımadığım bir sahildə oturmuşam. Bir türk gözəli mənə yaxınlaşır. Əl işarəsi ilə ona yanımda oturmağı təflik edirəm. O, gülərüz, xoş təbəssümlə yanımda skameykada əyləşir.
Ona deyirəm- çox təssüf ki, mənim yaşım keçib, Lakin mən səni Azərbaycana aparıb özümə gəlin etmək istərdim. O, dedi: - diqqətinizə görə çox sağ olun!
"Mən İstanbulda qalıb, burada ailə həyatı quracağam. İstanbul mənim doğma vətənimdir". Mənim dilim qurudu. Söz tapa bilmədim.
1453-cü ildə Osmanlı hökmdarı II Mehmet Bizans imperiyasının paytaxtı olan Konstantinopolu Ağıllı hökmdar qalata divarları önündə olan meşənin ağaclarını gecəykən qıraraq, həmin əraziyə Keniyalılardan alınan yağları - həmin sahəyə tökərək, gəmilərin quru sahə ilə asan sürüşdürərək 72 osmanlıq gəmisi gecəykən limana yendirilir.
Konstantinopol Bosfor boğazının sahilində və əfsanələrə görə yeddi təpə üzərində qurulmuşdur. Şəhər iqtisadi böyüklüyünə görə dünyada 7-ci əhali baxımından Avropada ilk sırada durur.
İSTANBUL!
1452-cü ildə Bizansdan alınaraq osmanlıların paytaxtı elan edilib. İstanbulun "Topqapı" sarayında yazılıb: "Peyğəmbər ruhun şad olsun, şəhər müsəlmanlarındır".
İstanbul - iki qittədə yerləşən nadir şəhərlərdəndir.
AVROPA və ASİYA.
Bütün tarixi boyu şəhər 10 roma, 82 bizans imperatorunun və 30 osmanlı sultanının iqamətkahı olmuşdur. İstanbul uzununa 150 km, eninə 50 km ərazini tutur. Şəhərdə hər il 30 yeni küçə meydan gəlir. Türkiyənin 5 vətəndaşından biri İstanbulda yaşayır. Hər il İstanbula 9 milyon turist səfər edir. Bütün bunların qabağında II Mehmedin bir rəvayət qarğışı yada düşür.
"Öz torpağını yadlara satanlar Allahın qəzəbinə uğrasın".
İstanbul çox təəssüf ki, zaman darlığından mən səndən tez ayrıldım.