Baş prokuror Qubada vətəndaşlarla görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il sentyabrın 21-də saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
20 Aprel 2024 10:36
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
18 Aprel 2024 10:58Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24