GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı babat vurub parkın içi ilə evə gedir. Qəfildən görür ki, üstünə canavar gəlir. Tərpənməyə macal tapmamış canavar onu vurub keçir.
Ayağa qalxan kimi görür üstünə ayı gəlir. Donub qalır, ayı da onu vurub keçir. Bir də ayağa qalxır, görür üstünə dovşan gəlir. Fikirləşir ki, «ayə, indi dovşandanmı qorxub qaçacam»? Dovşan da onu vurub yıxır. Bu vaxt nəzarətçi yaxınlaşıb:
- Ay qardaş, bu karuselin qabağından qaç də.