adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Sentyabr 2018 15:55
8705
SİYASƏT
A- A+

ATƏT-dən CANIMIZ QURTARSAYDI QARABAĞI AZAD EDƏRDİK

Bir cırıq tumana yamaq olmayan ATƏT 26 ildi Qarabağ məsələsində heç bir qələt eləməyib. Həmsədrlər də ABŞ-ı, Fransanı və Rusiyanı təmsil edir.

70-ci illərdə universitetin jurnalistika fakültəsinin bir professoru fakültənin dekanı hörmətli Şirməmməd Hüseynova 1-ci kursda oxuyan tələbədən bərk giley edir:

- Savadı yox, mədəniyyəti yox, bu universitetə necə qəbul olunub?

Şirməmməd müəllim kinayə ilə gülümsəyib deyir:

- Sam zavaril kaşu.

Heç demə, o tələbəni universitetə həmin müəllim düzəldibmiş.

İndi Qarabağ probleminin çözülməsini də «kaşanı zavarit» edənlərdən umuruq.

Odur ey, Paşinyan həmin çömçələrdən biri olan Fransaya bəyanat verib ki, «Qarabağ məsələsində heç bir güzəştə getməyəcəyik».

Fransanın ATƏT-dəki pudralı-kraskalı həmsədri Pyer Andryu bu sözdən sonra utanmayıb yenə gəlib buralarda sülənəcəksiniz?!