adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Sentyabr 2018 10:14
8176
GÜNDƏM
A- A+

SEYMUR HƏZİ İLQAR MƏMMƏDOVDAN DAHA QORXULUDURMU?!

REALın lideri İlqar Məmmədov İsmayıllıdakı məlum iğtişaşlardan sonra CM-nin üç ağır maddəsi ilə ittiham edilərək 7 il həbs cəzası almışdı. Bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxıldı. Çox yaxşı. Allah bütün həbsdə olanların qapısını açsın. İndi mətbuat konfransı keçirir, qəzetlərə, saytlara palaz-palaz müsahibələr verir, səsi xarici radiostansiyalardan gəlir.

Tanınmış jurnalist Seymur Həzi küçədə bir davaya düşmüşdü və əlindəki plastmas su qabını birinin təpəsinə çırpmışdı. Və beş il xuliqanlıq maddəsilə həbs cəzasına məhkum olmuşdu. Üstündən 4 il keçir, Seymur Həzi hələ də həbsxanadadı.

Doğrudanmı Seymur Həzi İlqar Məmmədovdan daha qorxuludu?

Rey Kərimoğlunun sözü olmasın, bunu elə-belə yazdım.