adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Sentyabr 2018 15:40
11225
ƏDƏBİYYAT
A- A+

Sevinc Elsevərdən yeni kitab gəlir


Sevinc Elsevər uşaqlar üçün kitab yazıb.

Müəllifin Adalet.aza verdiyi açıqlamaya görə, "Şeytan çarxı" adlanan kitab "Kitabsevərlər" qrupunun təşəbbüsü ilə çap olunub: "Kitabsevərlər qrupunun çap elədiyi 21-ci kitabdır. 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş kitabın süjeti məşhur "Göyqurşağı əfsanəsi" nin əsasında qurulub.

Bu müəllifin uşaqlar üçün yazdığı ikinci irihəcmli kitabdır. Bundan əvvəl müəllifin "Xan" nəşriyyatında "Donu qırmızı" adlı kitabı çap olunmuşdu.

Xatırladaq ki, oktyabr ayında kitabın təqdimatı nəzərdə tutulur. Kitabsevərlər qrupunun "İki kitab al, bir kitab hədiyyə elə " kompaniyası çərçivəsində çap olunub.