adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Sentyabr 2018 15:07
8865
İDMAN
A- A+

Sərbəst güləşçilərimiz Minskdə 3-cü oldu

Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnirdə sərbəst güləş üzrə yığmamız komanda hesabında 3-cü yeri tutub.

Azərbaycan Güləş Federasiyasından Adalet.az-a verilən məlumata görə, baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynovla Arif Abdullayevin rəhbərliyi altında Şərif Şərifovla (92 kq) Cəmaləddin Məhəmmədov (125 kq) qızıl, Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Murad Süleymanov (86 kq) gümüş, Murtuzəli Müslimov (70 kq) isə bürünc medal qazanıb. Millimiz bu nəticələrlə 126 xal toplayıb və 3-cü yeri tutub. Komandamız yalnız Rusiya (177) və Belarusdan (169) geri qalıb.

Qadınlardardan ibarət millimiz isə komanda hesabında 4-cü pillədə qərarlaşıb. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqanla (53 kq) Tatyana Omelçenko (59 kq) gümüş, Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medal əldə edib. Yekunda yığmamız 93 xal toplayıb. Komandamızı Çin (164), Rusiya (151) və Belarus (95) qabaqlayıb.