adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Sentyabr 2018 14:27
10887
KRİMİNAL
A- A+

Qadını şantaj edən Şamaxı sakini saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3.000 manat tələb etdiyini bildirib.

DİN-dən verilən məlumata görə, sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.