adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Sentyabr 2018 12:57
10452
DÜNYA
A- A+

Tramp Ukraynadan üzr istəyə bilər

Ukraynanın ikinci prezidenti Leonid Kuçma 1994-cü ildə bağlanmış Budapeşt memorandumu ilə ölkəsinin aldadıldığını bildirib.

Adalet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kuçma buna görə ABŞ prezidenti Donald Trampın ölkəsindən üzr istəməli və əməkdaşlıq təklif etməli olduğunu bəyan edib.

Onun sözlərinə görə Budapeşt memorandumu ilə nüvə silahından imtina edən Ukraynanın bu memorandumun üzvü olan ölkələrdən biri tərəfindən təcavüzə məruz qalıb.

"Ukraynanı aldatdılar. Şimali Koreya nüvə silahı olmadan heç bir şeyə qadir deyil. Bu planda Trampa nə məsləhət vermək istərdim? Ən əsası Ukraynaya qayıtmalı və "Üzr istəyirəm bu gün nəinki Ukrayna, həmçinin Avropa və bütün dünya üçün qorxunc təhlükə olan bu problemlə əlaqədar Ukraynaya yardım etməyə hazıram” deməlidir” – Kuçma bildirib.

Qeyd edək ki, Ukrayna 1994-cü ildə nüvə silahından imtina edərək ABŞ, Rusiya və Britaniya ilə Budapeşt memorandumunu imzalayıb. Bu müqavilə ilə həmin ölkələr Ukraynanın Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulması ilə əlaqədar təhlükəsizliyinə zəmanət verib. Lakin bu memorandumun təsdiqlənməsi haqda ölkə rəhbərləri tərəfindən bəyanatlar verilsə də, həmin ölkələrin qanunverici orqanları tərəfindən hələ də təsdiqlənməyib. Və bundan istifadə edən Rusiya 2014-cü ildə Krımı özünə birləşdirərək, Donbas və Luqansk kimi separatçı rejimlərə dəstək verib.(modern.az)