adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Sentyabr 2018 10:48
6966
GÜNDƏM
A- A+

Din xadimləri prezidentə müraciət etdilər

Bu gün İlahiyyat İnstitutunun açılış mərasimində Azərbaycan din xadimləri Prezidentə müraciət ünvanlayıb.

Müraciətdə dini konfessiya rəhbərləri dünyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qardaşlıq və həmrəylik şəraitində yaşadığını, ölkədəki bu tolerant mühitin Ümummilli lider Heydər Əliyevin mütərəqqi dövlət-din siyasəti nəticəsində yaradıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Azərbaycan İlahiyyat İnstitutunun istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksək ixtisaslı dinşünas və islamşünas kadrlar hazırlayaraq, təkcə Azərbaycan deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcəyinə inamlarını ifadə edən müraciət müəllifləri Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə göstərilən qayğının əyani göstəricisi olan Azərbaycan İlahiyyat İnstitutunun yaranması haqqında imzaladığı sərəncama görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.