adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Sentyabr 2018 20:06
5678
HADİSƏ
A- A+

Liftdə qalan 3 azyaşlı xilas edildi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 3 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.