Ərdoğandan İrəvana mesaj: “Qarabağ bizim də problemimizdir”
"Dağlıq Qarabağ problemi bizim də problemimizdir. Türkiyə olaraq Azərbaycanın mübarizəsini sonadək dəstəkləyəcəyik"
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib.
Ərdoğan Azərbaycan torpaqlarını işğal edən Ermənistana Bakıdan mesaj göndərib.
"Qardaşlarımızın 20 faiz torpağını işğal edənlərin bizdən sərhədləri açmağı gözləməsi boşunadır. Türkiyənin bununla bağlı mövqeyi qətidir. Öncəliklə addım atması gərəkən işğalçılardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı münasibət qurmaq istəyirik. Dağlıq Qarabağ probleminin həlli Ermənistanla münasibətlərimizin düzəlməsinin əsas şərtidir", - deyə Ərdoğan vurğulayıb.
Digər Xəbərlər
23 Aprel 2024 10:18
Qırğızıstan prezidenti Ağdama gedəcək
23 Aprel 2024 10:16"Son 5 ayda Azərbaycanla iki böyük razılaşma əldə etmişik" - Paşinyan
23 Aprel 2024 09:07İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTOLAR + YENİLƏNİB
23 Aprel 2024 09:05"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan
22 Aprel 2024 19:50