adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Sentyabr 2018 20:00
7933
HADİSƏ
A- A+

“Florens” ABŞ-a çatdı

"Florens” qasırğası ABŞ-ın şərq sahillərinə çatıb.

Adalet.az-ın məlumatına görə, saatda 150 kilometr sürətlə hərəkət edən külək Şimali Karolina ştatında tüğyan edir.

Qasırğa Vilminqton şəhərində güclü yağıntı ilə müşayiət olunur.

Ştat ərazisində 200 mindən çox elektrik kəsintisi qeydə alınıb.

Qeyd edək ki, "Florens” qasırğasının yaxınlaşması ilə əlaqədar Virciniya, Corciya, Merilend, Şimali Karolina və Cənubi Karolina ştatlarında və paytaxt Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Şimali və Cənubi Karolina ştatlarında 1,5 milyon sakinin təxliyəsi elan olunub.