Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Prezident “Azərbaycan” qəzetinin kollektivini təbrik edib Adalet.az | Prezident “Azərbaycan” qəzetinin kollektivini təbrik edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Prezident “Azərbaycan” qəzetinin kollektivini təbrik edib

4206    |   2018-09-14 19:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev "Azərbaycan” qəzetinin kollektivinə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Sizi "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

Müstəqil dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verən "Azərbaycan” qəzeti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Cəmi iki il işıq üzü görmüş və birinci respublikanın süqutu ilə fəaliyyətini dayandırmış qəzet nəşr olunduğu qısa dövr ərzində görkəmli ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, müstəqillik ideallarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynamışdır.

XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa olunmuş "Azərbaycan” qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilmişdir. Demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradılması milli mətbuatımızın, o cümlədən "Azərbaycan” qəzetinin öz missiyasını daha səmərəli şəkildə yerinə yetirməsinə yeni imkanklar açmışdır. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Respublikamızın dinamik inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə, habelə çoxsaylı informasiya resurslarının fəaliyyəti ilə şərtlənən rəqabət mühitində mətbuatımız ümummilli məsələlərin həlli, cəmiyyətimizin rifahı naminə üzərinə düşən vəzifələri daha böyük əzmlə yerinə yetirməyi bacarmalıdır. Əminəm ki, "Azərbaycan” qəzetinin kollektivi də qarşıdakı dövrdə bu çətin və şərəfli işin öhdəsindən uğurla gələcək".




İmza:

Millət vəkili Kamaləddin Qafarovun seçicilərlə görüşü

“İrəli” gəncləri “Women rights are human rights” layihəsində

Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır

Sabirabadda ikigünlük seminar-müşavirə keçirilib

İnam Kərimov: “Bu, Fransanın özünün qanunlarına ziddir”

Hava kəskin PİSLƏŞƏCƏK - Yağış, qar gözlənilir

Dövlət Gömrük Akademiyasının yeni binası tikiləcək

Azərbaycanda əhalinin siyahıya alınmasının tarixi açıqlanıb

Sədr: “Bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər”

Bakının Nobel prospekti bağlanacaq - RƏSMİ

Bu il Bakının 4 rayonunda “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur

İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək

SON XƏBƏRLƏR
2019-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK