adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Sentyabr 2018 19:36
10301
MƏMLƏKƏT
A- A+

İlham Əliyev “Azərbaycan”qəzetinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev "Azərbaycan” qəzeti əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif edilsin:

Cəfərov Rəşad İslam oğlu

İmanquliyev Bahadır Bəkir oğlu

Mütəllibov Rüstəm Kamal oğlu

Vəliyev Elçin Vaqif oğlu.

Prezident İlham Əliyev Azərbaycan” qəzetinin əməkdaşlarına "Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına "Əməkdar jurnalist” fəxri adı verilsin:

Cavadov Seyran Qubad oğlu

Əzizli Bəxtiyar Məhərrəm oğlu

Hüseynli İxtiyar Kərim oğlu

Quliyev Lazım Məmmədqulu oğlu.