Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilib Adalet.az | Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilib

4193    |   2018-09-14 19:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Səhiyyə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, 1931-ci ildə fəaliyyət göstərən Naxçıvan Tibb Kolleci 8 ixtisas üzrə tələbə hazırlığı aparır və muxtar respublikanın orta tibb işçilərinə olan tələbatını tamamilə ödəyəcək.

4 mərtəbəli binadan ibarət kollecin yenidənqurma işlərindən sonra binanın bünövrəsi möhkəmləndirilib, fasadı yenilənib, müasir tədris şəraiti yaradılıb. Kollecdə kimya, farmokologiya və mikrobiologiya laboratoriyaları, anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinetləri, müayinə otaqları, kitabxana və iclas zalı, 2 kompüter otağı, müəllimlər otağı, Heydər Əliyev adına lektoriya, şahmat otağı, 13 auditoriya, 9 mühazirə zalı, hərbi kabinet, idman zalı, bufet və arxiv var.

Laboratoriyalar müasir avadanlıqlarla təmin edilib. Auditoriyalarda quraşdırılan elektron lövhə və proyektorlar distant dərslərin keçirilməsinə, o cümlədən elektron dərsliklərdən istifadəyə imkan verir. Kollecdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinetlərində nəzəri biliklərin praktik formada möhkəmləndirilməsi məqsədi ilə lazımi şərait yaradılıb, tibbi avadanlıqlarla təchiz olunub. Kitabxana fondunda 1154-ü tibbi və 3683-ü bədii ədəbiyyat olmaqla, 4837 kitab var. Həmçinin kollecdə elektron dərslik bazası da yaradılıb. İmtahanların elekron formada aparılması üçün bütün şərait yaradılıb. Belə ki, kompüter otaqlarında internetə çıxışı olan 48 kompüter qoyularaq elektron imtahan proqramı quraşdırılıb.

Qeyd edək ki, hazırda kollecdə 39 qrupda 8 ixtisas üzrə 702 tələbə təhsil alır. Bu tədris ilində 231 tələbə məzun olub ki, onlardan da yeddisi fərqlənmə diplomuna layiq görülüb. 2018-2019-cu tədris ilində Naxçıvan Tibb Kollecinə 230-dan çox tələbə qəbul olub. Hazırda kollecdə 58 müəllim və həkim çalışır.




İmza:

Millət vəkili Kamaləddin Qafarovun seçicilərlə görüşü

“İrəli” gəncləri “Women rights are human rights” layihəsində

Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır

Sabirabadda ikigünlük seminar-müşavirə keçirilib

İnam Kərimov: “Bu, Fransanın özünün qanunlarına ziddir”

Hava kəskin PİSLƏŞƏCƏK - Yağış, qar gözlənilir

Dövlət Gömrük Akademiyasının yeni binası tikiləcək

Azərbaycanda əhalinin siyahıya alınmasının tarixi açıqlanıb

Sədr: “Bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər”

Bakının Nobel prospekti bağlanacaq - RƏSMİ

Bu il Bakının 4 rayonunda “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur

İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək

SON XƏBƏRLƏR
2019-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK