Əbülfət MƏDƏTOĞLU: GÖZLƏ QAŞ ARASINDAKI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
56517 | 2018-09-14 18:17

Dostlarımdanbiri məni sorğu-suala tutmuşdu. Məqsədi də çaşdırmaq, dilimdən nə isə almaqidi. Amma bacarmadı. Burdacaetiraf edim ki, bu mənim ona qarşı etdiyim hərəkətlərin əksi idi. Yəni özüm onusözlə prikola tutanda düşünməmişdim ki, nə vaxtsa qarşılığı gələcək. Bunudüşünmədiyimə görə də onun qəfil sorğu-sualı məni hazırlıqlı olmağa məcburetdi. Dostumun son cəhdi isə gözlənilməz oldu. Yəni qəflətən soruşdu ki, qaşlagözün arasındakı nədir?

Təbii ki, bununcavabını uşaqdan böyüyə hamı bilir. Amma mən onun gözlədiyi cavabı vermədim.Üzünə baxa-baxa söylədim:

- SEVGİ!

Təəccübləbarmağını başına toxundurub him etdi ki, yəni başın xarabdı? Hamının bildiyi,etiraf etdiyi cavabı sən hara yozursan. Mən onun bu jestinə də əhəmiyyət vermədənsözümün üstündə durdum. Bu dəfə o, lap coşdu və dedi:

- Ə, bütün dünyaqaşla gözün arasında ölüm dediyi halda sənnə hoqqa çıxarırsan? Hamıdan çox bilirsən?

Yenə də əhvalımıpozmadım. Sakit şəkildə cavabını verdim:

- Avam özünsən.Anlamırsan ki, ölüm də sevgidi. Özü də ən böyük sevgi! İstəyinə nail olansevgi! Səndən gizli səni sevir, o məqama qədər ki, sən onu duyursan, hiss edirsən,addım səsini eşidirsən. Bax onda gəlib girir qoluna və deyir ki, indi birgəgetməliyik. Bu qədər ayrılıq, bu qədər həsrət bitdi...

Bəli, bu cavabıma"söz oyunu" deyən dostum bəlkə də öz məntiqi ilə haqlıdır. Amma mən dəkürəyimi yerə vermədən sözümün üstündə dayanıram. Və hamının eşidə biləcəyi səslədeyirəm:

- Qaşla gözünarasındakı SEVGİdi. Bəzən ölüm mələyi donunda, bəzən də xoşbəxtlik mələyidonunda. Bu yerdəyişmələrdən çəkinmək, ehtiyatlanmaq lazım deyil. Və bir dəhara çəkiləcəyik ki?!.

Hə, elə budüşüncələrin içərisində üzü Yasamal qəbiristanlığınabaxa-baxa gəldiyim nəticənin şübhəsizliyinə özümü inandırmağa çalışıram. Dahadoğrusu, inancımı möhkəmləndirməyə cəhd göstərirəm. Çünki bu qəbiristanlıqdangündə beş dəfə ucalan azan səsi artıq bütün yolların harda bitdiyini dəxatırladır.

Özü də gündə beşdəfə. Və mən də tez-tez xatırlanmanın təkrar bilik olduğuna inanaraq iç dünyamın bütün sızıltılarını,bütün pıçıltılarını vərəqləyirəm ən qədim, ən mükəmməl kitab kimi.

Ona görə ki, buqədim və mükəmməl kitab hər ələ düşmür və hər kəs də onu ya oxumur, ya daoxumağa maraq göstərmir. Axı, ən qədim və ən mükəmməl kitablarda həyat fərqli bucaq altında fərqli yanaşma ilətəqdim olunur. Onu oxuduqca özün özünü sanki yenidən kərpic-kərpic hörməyəbaşlayırsan. Və hər kərpic bir qərinə ifadə edir özündə. Orda qərinənin içərisindəgünlər, həftələr, aylar, illər özü-özlüyündə danışmağa başlayır. Sən də onudinləyirsən, həmsöhbət olursan. Söhbət o qədər uzun və maraqlı alınır ki, eləbil dünyanın ən möhtəşəm, ən çəkici filmini seyr edirsən, nəfəsini sıxıbsaxlayırsan, hadisələri gözündən qaçırmaq istəmirsən.

Sənə elə gəlirki, o filmin çəkiliş meydanındasan və sən hansısa bir rolun ifaçısısan...

Bax, bu təsviretdiyim, yazıya köçürdüyüm mənzərənin arxa planından seyrçisi olmaq özü də biryaşamdır. Həmin o yaşamın içərisində əvvəlkindən bircə fərq var - səni görənyoxdu, səni izləyən yoxdu. Sən belə düşünürsən.

Amma unudursanki, hamını, hər yeri, hər məqamı görən səni orada görür. Onun gördüyünü sənəxatırladan bir nəsnə baş verir. Yəni ya qulağına səs gəlir, ya ağcaqanad dişləyirsəni, ya ürəyin sancır, ya telefonun dillənir. Bax onda özünə qayıdıb üzünü göyüzünə tutursan. Bilirsən ki, yaşayırsan, bilirsən ki, varsan. Bu var olmağınagörə də ONA minnətdarsan!..

Həftənin son cüməaxşamı Yasamal qəbiristanlığından şam namazına çağıran adam səsləndi. Özümü nəşriyyatınhəyətindəki oturacağa güclə çatdırdım. Elə bir durumdaydım ki, gözləriməqaranlıq çökürdü, addım ata bilmirdim. Və... Azan səsi altında həmin o mənimüçün adı Sevgi olan, qaşla göz arasında yaşayan ölüm yavaş-yavaş aralanmağabaşladı. Onun addım səslərinin uzaqlaşdığını duydum. O gedən səsin yerini gələnazan səsi tuturdu. Çiyinlərimdən ağırlıq götürülür, alnımda tumurcuqlayan tərsoyumağa başlayırdı...

Bax ondadostumla mübahisədə haqlı olduğuma bir daha inandım. Bildim ki, bütün bu dünyanın dəyirman daşı həmino başımızın üstündə fırlanan qaşla göz arasında özünə yer tutan ölümünixtiyarındadı. O sevgi bizə bütünlüklə hopanda biz də onun oluruq. Və elə budüşüncələrlə də üzümü Sənə tutub pıçıldayıram:


Bir az yaxındaotur

Oxu, ruhunduasın...

Bu vidapıçıltına -

Ruhumla qulaqasım...


Sən göylərə çoxyaxın

Mən də yerin təkində...

Ruhumu səngidəcək-

Gözdən daman hərgilə...


Oxu, bütünduyğunla

Ruhum görsüniçini...

Sevgini gözlətmənin-

Səndə olangücünü...


Hamıdan yaxınotur

Candan oxuduanı...

Üzümdəkini götür-

Görə bilim buanı...


***

Həyatın çox sifətlərivar insanlar kimi. Əslində insanın, təbii ki, söhbət normal insandan gedir,fiziki baxımdan olan bir sifəti onun bütün maddi, mənəvi, psixolojidurumlarında elə bir olaraq qalmalıdır. Amma neyləmək olar ki, yüz, bəlkə dəneçə sifətli kifayət qədər insanlar çevrəmizdə var, hər gün də onlarlagörüşürük və təmasdayıq. Onlardan qaçmaq, qurtulmaq mümkün deyil. Necə deyərlər,altıncı barmaq kimi yapışıblar cismimizə. Kəsirsən yeddibaşlı əjdaha kimi təzəsipeyda olur. Ona görə ən yaxşısı artıq çoxsifətli olduğunu bildyin insanlarınarasında özünü birtəhər qorumaq vəonları da yola verməkdi, necə ki, özləri "yola verirlər"...

Mən doğmalarıma,dostlarıma, yaxınlarıma, hətta ilk dəfə tanış olduğum hər kəsə öncədənanlatmağa çalışıram ki, necə varsınızsa, necə yaranırsınızsa, eləcə də olun. Əgəro cür ola bilmirsinizsə, ən azından sizi olduğunuz kimi görənlərlə münasibətdəilkinliyinizi qoruyun.

Düşünün ki, budünyada hər şey əmanətdi, hər şey müvəqqətidi, hər şey keçicidi. Sonuncunuyoluxucu kimi oxumayın, düşünməyin. Dəqiq və birbaşa ifadə olunmuş keçicininötüb gedən mənasını qəbul edin. Bax onda tam əmin olacaqsınız ki, kimliyinizdən,mövqeyinizdən, hətta ciblərinizdən asılı olmayaraq, sizin haqq etdiyiniz əlinizdənalınmayacaq. Ola bilsin ki, bir az sıxıntı yaşayasınız, bir az payınıza əluzadılsın, bir az yolunuza tir atılsın.

Amma hər nəolur-olsun Haqqın verdiyini almaq gücü yalnız onun özünə məxsusdur. Elə bu mənadadərd də, ağrı-acı da insanın boyuna, ürəyinin tutumuna, yük çəkmək qabiliyyətinəgörə hesablanır və əmanət kimi verilir.Ömrün əmanəti, həyatın əmanəti kimi! Düşünməyin ki, hansısa bir dərd onu çəkəndünyasını dəyişəndən sonra öləcək, itəcək. Xeyr, belə deyil! O da yenidəndünyaya qayıdır, yeni ürəklərdə, yeni cismlərdə, yeni düşüncələrdə həyatınıdavam etdirir. Sizə məntiqsiz görünən inancımın arxasında özüm dayanıram. Özümbunu canımda, qanımda, varlığımda hiss edirəm,

Ona görə dəüzümü sənə və uca Allahıma tutub deyirəm:


Dərdimi dərdim, əmanət

Göyünə sərdim, əmanət...

İlahi, dərdim əmanət-

Qoru ulduzlarınkimi...


Ovuclayıb bircəxıncım

Çınqı, ya da ki,qığılcım...

Səp, mən də əlimiaçım -

Ərit, salbuzların kimi...


Dəyərləndir eşqyaşını

Ağır elə dərddaşını!.

Qismətə əyimbaşımı -

Dilsizyalqızların kimi...


***

Bu yazınınmayası, ovqatı və bütövlükdə ifadə etdiyi hər nə varsa və bundan sonra da hər nəolacaqsa, hamısı özəl yaşantılarımdı. Yəni bir az hava durumuyla, bir az özəl həyatla,xüsusilə dünya iqtisadi böhranı iləbağlı olan hər şey yanımdan ötüb keçmir. Elə bil mən dəniz limanıyam. Ordadayanır, ləngiyir, yükünü yüngülləşdirir, sonra yolunu davam etdirir bu dediklərim,bu yazdıqlarım. Hətta hərdən gözümün qarşısında o dünya iqtisadi böhranıhansısa bir harın atanın, qudurğan övladının cırıb göy üzünə səpdiyi pullarkimi görünür mənə. Mən də heyrət və təəssüf hissiylə göy üzündən üzü aşağı gələno cırılmış və səpilən pullara, paralara baxıram...

Bu yerdə kim istəsəağlına hər bir məntiqli-məntiqsiz deyimi də, ovqatı da, düşüncəni də, hətta zərbməsəli də gətirə bilər. Kim burda çətinlik çəkərsə, mən ona bir xalq deyiminixatırlada bilərəm. Əgər eşitməmisinizsəsiz də qulaq asın. Atalar deyir ki, "ac toyuq yuxusunda darı görər"...

Bəli, indi mənimlərazılaşın ki, düşdüyümüz və içərisində yaşadığımız durum heç də ac toyuğunkönlündən keçənləri gülüş obyektinə çevirmir, gülüş mövzusu olmur. Gerçəyin nəyinə güləsən ki?!

Mən bu deyimisizin yaddaşınıza mesaj etməklə bir daha vurğulamaq istəyirəm ki, özüm boyda kədər,qəm, sevinc, fərəh, bir sözlə, hər nə oluramsa olum, mən sizə ancaq yaşadığımı,düşündüyümü söyləyirəm. Hətta söylədikləriminhamısını ruhuma hopdururam, bax bu şeirimdə olduğu kimi:


Hamıya gülüş gəlir

Özüm biçimdəki dərd...

Daha gücümqalmayıb -

Çözüm, içimdəkidərd...


Azalır için-için

İçimdə əkin,biçin...

Veribdi artıqüçün -

Közüm, içimdəkidərd...


Sinəminaltda talan

Olub,içimdə qalan...

Sənigöynətməz yalan -

Sözüm,içimdəki dərd!


Olduqcaputaq-putaq

Çökdürürməni bu dağ!

Yığılıbbudaq-budaq -

Gözüm,içimdəki dərd...


Dildənşirin qənd göstər

Möcüzəet, fənd göstər...

Yol-nişanver, bənd göstər -

Dözüm,içimdəki dərd!


Bəli,mən sizin hər birinizə dözüm arzu etməklə bildirmək istəyirəm ki, gəlimli-gedimli,son ucu ölümlü olan bu dünyada SEVGİnizdən, qaşla göz arasında olan ÖLÜMünüzdənçəkinməyin. SEVGİnizi də sevin, gələcək ÖLÜMünüzü də! Onda həyat sizin üçündaha maraqlı olacaq. Buna inanın!


TƏQVİM / ARXİV