ANA SƏHİFƏ / İDMAN

Olimpiya növləri üzrə Azərbaycan çempionatı keçirilib

2982    |   2018-09-14 18:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatına yekun vurulub.

Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın üzvü mübarizə aparıb.

Federasiyadan Adalet.az-a verilən məlumata görə, elit kateqoriyada sprint və keyrin növləri üzrə mübarizə yığma komandamızın lider idmançısı Sergey Omelçenkonun qələbəsilə yekunlaşıb. Respublika Olimpiya Ehtiyatları Uşaq, Gənclər Velosiped İdmanı Məktəbinin üzvü Nəcəf Bağırov gənclər arasında həm 1 km fərdi ötüşmə, həm də 3 km məsafəyə fərdi izləmə yarışında bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Nikita Sitov eyni növlərdə 17 yaşadək velosipedçilər arasında 1-ci olub. Bu məktəbin digər yetirmələri Elfanə Camalova 17 yaşadək qızlar arasında 2 km məsafəyə fərdi izləmə, Ayan Xankişiyeva isə 1 km-ə fərdi ötüşmə və 3 km-ə fərdi izləmə yarışında 1-ci yeri tutub.

7 saylı Olimpiya Uşaq, Gənclər İdman məktəbinin təmsilçisi Mustafa Muxtarlı 15 yaşadək oğlanlar arasında 1 km məsafəyə fərdi ötüşmə və 2 km məsafəyə fərdi izləmə yarışında qızıl medala layiq görülüb. Bu məktəbin digər yetirmələri Gülşən İsmayılova 15 yaşadək qızların mübarizəsində həm 660 km məsafəyə fərdi ötüşmə, həm də 1 km məsafəyə fərdi izləmə yarışında, Viktoriya Sidirenko isə 17 yaşadək qızlar arasında 660 km məsafəyə fərdi ötüşmə yarışında fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndərilib və idmançıların reytinq sıralanmasında öz əksini tapacaq.




İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK