adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Sentyabr 2018 18:30
9825
MƏMLƏKƏT
A- A+

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Binəqədi rayonu Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar olaraq 15 sentyabr gecə saat 23:00-dan 16 sentyabr 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.