ANA SƏHİFƏ / KRİMİNAL

İki azərbaycanlı türk bizensmeni qarət edib

2956    |   2018-09-14 17:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə vətəndaşı Temiz Serkan Necati Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus, rayon ərazisindəki pərdə-tül mağazasına sentyabrın 11-dən 12-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradakı seyfdən 17 min dollar məbləğində pul oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli qismində saxlanılıb.

İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirib. Davam etdirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq Elmir Əliyev respublikanı tərk etmək istəyən zaman saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.



İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK