35 yaşlı Van Persi ən yaxşı seçildi
"Feyenoord"un futbolçusu Robin Van Versi Hollandiya çempionatında ötən ayın ən yaxşı futbolçusu seçilib.
Qol.az-ın Erediviziyanın Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, azarkeşlərin səsverməsinə əsasən 35 yaşlı hücumçu hamını qabaqlayıb.
Qeyd edək ki, Hollandiya millisinin üzvü avqustda meydana çıxdığı 4 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.