ANA SƏHİFƏ / GÜNDƏM

Ailəsi Nigar İsmayılqızını DƏFN ETDİ

4202    |   2018-09-14 15:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən jurnalist-yazıçıNigar İsmayılqızı vəfat edib.

Adalet.az xəbər verir ki, modern.az saytı vaxtsız dünyasını dəyişən Nigar İsmayılqızının ailəsi ilə əlaqə saxlayıb.

"Nigar çox çalışqan, bacarıqlı qız idi. Onu vaxtsız itirdiyimizə görə çox üzülürük. Gənc yaşda o qədər arzuları var idi ki! Onun xəstəliyi də qəfil baş verdi. Türkiyəyə getmişdi. Ordan çox sevincli qayıtmışdı. Dişində problem yarandığı üçün həkimə müraciət etdi. Dişini çəkdirəndən sonra xəstəlik üzə çıxdı. Xərçəng qanında sürətlə irəliləməyə başladı. Heç bir tibbi müdaxilə də kömək etmədi. Qısa zamanda Nigarı itirməli olduq”-deyə ailəsindən bildirilib.

Ailə üzvləri Nigarın bu gün dəfn edildiyini bildiriblər.

"Nigarı bu gün Sabunçu qəbiristanlığında dəfn etdik”.

Qeyd edək ki, ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi.

Ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət edərək, N.İsmayılqızına dəstək kampaniyası başlatmışdılar.

Nigar İsmayıl qızı İsmayılova1984-cü il sentyabrın 13-də Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AzTV, ATV və digər KİV-lərdə çalışıb.2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK