Faiq QİSMƏTOĞLU: ÜMİD

FAİQ QİSMƏTOĞLU
44463 | 2018-09-14 15:03

… Deyəsən, Allahməni çox istəyir axı. Buna şübhəm yoxdu. Və mən də ulu Yaradanımı çox istəyirəm.Və hər səhər yuxudan qalxanda sağ-salamat olduğuma görə, Allaha dua edirəm, onutez-tez yada salıram. Onu da deyirlər ki, Allah çox istədiyi adamı tez-tez sınağaçəkir. Axı dedim, Allah da məni çox istəyir və bu sınaqlardan da onun köməkliyiilə həmişə çıxmağı bacarmışam. Bu sınaqlardan çıxanda bir daha Allahın böyüklüyünəvə sağ qalmağıma şükür eləmişəm...

Bir neçə gün idiki, səhhətimdə problem yaranmışdı. Sözün düzü, heç həkimə getmək istəmirdim. Ancaqgördüm ki, vəziyyətim get-gedə ağırlaşır. Hələ mən 2016-cı ildə sivişdən MərkəziGömrük Hospitalında əməliyyat olunmuşdum. Və onda demişdilər ki, nə vaxtsa ikinciəməliyyata da ehtiyac duyulacaq. Bir neçə dəfə müayinədən keçdim, nəticə pis göstərmədi.

Ancaq yenidən sivişdənyaranan problem məni narahat etməyə başladı.Axır ki, sentyabrın 14-də səhər saatlarında yenidən Mərkəzi Gömrük Hospitalına getməyəməcbur oldum. Hələ axşamdan məni əməliyyat eləmiş tibb üzrə fəlsəfə doktoru, cərrah-proktoloqAynur xanım Səfiyeva ilə telefon əlaqəsi yaratmışdım. Məsləhət bildi ki, gəlib müayinədənkeçim. Mən də səhər-səhər onun qəbuluna düşdüm, müayinə olundum və məsləhət bildiki, MRT-dən keçim. Nə az, nə çox 40 dəiqəyə yaxın bu cihazın içində uzandım. 40dəqiqə müddətində o qədər səs-küy eşitdim ki, az qalırdı ürəyim yerindən çıxsın.Amma bu barədə məni müayinə edən həkim öncədən xəbərdarlıq eləmişdi ki, çoxlu səs-küyeşidəcəksən, heç nədən qorxub eləmə...

… Müayinə başa çatdı,nəticəni götürüb gəldim mənim çox hörmət bəslədiyim ziyalı, savadlı və gözəl insancərrah-proktoloq Aynur xanımın yanına. Müayinənin nəticəsinə diqqətlə baxdı və sonrada dedi:

- Birmənalı olaraqcərrahiyyə əməliyyatı aparılmalıdı!

Sözün düzü, həkimxanımın bu sözlərindən həyəcanlandım:

- Müalicə vasitəsiləaradan qaldırmaq olarmı bu xəstəliyi?

Aynur xanım yenidəndilləndi:

- Başqa çıxış yoluyoxdu. Yalnız bu yol əməliyyatdan keçir. Özü də ola bilsin iki mərhələdə baş tutsun.Çünki problem çox dərin qatlardadı.

Xanımın bu fikrindənsonra həyəcanım bir qədər də artır. Görür ki, çöhrəmi tər basıb. O dəqiqə mənə təsəllivericivə bir az da ümidedici fikirlər deyir.

- Heç də qorxub eləmə!Ola bilsin elə birinci mərhələdə əməliyyat uğurlu olsun, ikinciyə ehtiyac qalmasın.

Həyəcanım bir anlıqda olsa yoxa çıxır. Və qayıdıb:

- Aynur xanım, göydəAllaha, yerdə sizə ümid bəsləyirəm. Ötən dəfə vəziyyətim bundan da ağır idi. Allahvə siz məni ağır xəstəliyin pəncəsindən xilaselədiniz – deyirəm.

Xanımın çöhrəsinəzərif bir təbəssüm qonur:

-Allahın köməkliyiləbu dəfə də hər şey yaxşı olacaq.

Bu səmimi söhbətdənsonra ürəyim bir qədər toxtayır. Və Aynur xanım bildirir ki, sentyabrın 17-də, yəni birinci gün üzərimdə əməliyyat aparacaq.

Ordan çıxıb GömrükHospitanın baş həkimi Elman müəllimin yanına qalxıram. Çünki vaxtilə qohumlarımınbirinin köməkliyi ilə baş həkim elə özü məni Aynur xanıma tapşırmışdı. Demişdi ki,bu adam bizə yaxın insandı. Təbii ki, həkimlər həmişə kimliyindən asılı olmayaraq,insanlara diqqətlə yanaşırlar və mən bunu həmişə öz həyatımdan görmüşəm. Baş həkimləgörüşürəm və o da məni çox hörmətlə qarşılayır və deyir ki, heç bir problem yoxdur.Aynur xanım bizim ən yaxşı həkimlərimizdəndi. Baş həkimin otağından çıxıb Aynurxanımın yanına qayıdıram. O isə bir daha mənə təsəlli verir:

- Keçmiş olsun!- deyir. İnşallah, birinci gün gələrsiniz!..

Allah-Təala həkimləriyer üzünə insanları xilas etmək üçün göndərdiyi mələklərdi. Və ulu Yaradan həmişə insanları bu ağ xalatlı mələklərin əliylə ölümünpəncəsindən xilas edib. Və bu dəfə də mən yenə bu ağ xalatlı mələklərin yanındaolacam. Ürəyim buz kimidi, heç həyəcanlanıb eləmirəm. Çünki göydə Allaha, yer üzündəonun göndərdiyi və məni xilas edəcək ağ xalatlı Aynur xanıma ümid bəsləyirəm. Ümidinsanı ən ağır anlardan, hətta ölümün pəncəsindən belə xilas edə bilir!..


TƏQVİM / ARXİV