adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Sentyabr 2018 17:41
10258
DÜNYA
A- A+

Meksika ABŞ-ın 20 milyonluq təklifini yalanladı

İyuldakı seçkilərdə qələbədən sonra Meksikanın yeni qurulacaq hökuməti ABŞ-ın miqrantlarla bağlı pul yardımı təklifinin real olmadığını bildirib.

Adalet.az "The Guardian”a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyasının Meksikadan keçərək Mərkəzi Amerika ölkələrindən ABŞ-a axın edən 17 min miqrantın təyyarə və avtobuslarla geriyə qaytarılması üçün xarici yardım fondundan Meksikaya 20 milyon dollar təklif etdiyi bildirilir. Maliyyə yardımında məqsəd həmçinin, Meksikanın öz sərhədlərində nəzarəti gücləndirərək qanunsuz miqrantları həbs etməsinə kömək göstərməkdir.

Lakin Meksikanın dekabrdan fəaliyyətə başlayacaq yeni hökumətində daxili işlər naziri vəzifəni tutacaq Sançez Kordero bəyan edib ki, miqrantlarla bağlı məsələnin həllində kömək üçün Vaşinqtondan heç bir təklif gəlməyib.

"Bu təklif hansısa formada danışıqlar masasına çıxarılmayıb”, – deyə Kordero vurğulayıb. Lakin Meksikanın hazırkı prezidenti Enrike Pena Nyetonun fəaliyyətdə olan hökuməti bundan əvvəl bildirmişdi ki, onlar ABŞ-ın təklifini dəyərləndirməyə davam edirlər.

Qeyd edək ki, Mərkəzi Amerika və Meksikadan ABŞ-a axın edən qanusuz miqrantları "cinayətkarlar” adlandıran Donald Tramp onların ölkəyə girişinin qarşısını almaq üçün Meksika ilə sərhəddə divar çəkilməsini təklif etmişdi. Təkcə avqust ayında Meksikadan ABŞ-a qanunsuz gələn miqrantların ailə üzvlərinin həbsi 38 faiz artıb.