adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Sentyabr 2018 17:12
7812
HADİSƏ
A- A+

Şamaxıda iki maşın toqquşub, ölən var

Şamaxı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Adalet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 13-də saat 12 radələrində Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində şəhər sakini İlham Niyazovun idarə etdiyi "Nissan” və Zarad kənd sakini Bahadur İmaməliyevin idarə etdiyi "UAZ” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Niyazov hadisə yerində ölüb, xəsarət almış B.İmaməliyev xəstəxanada yerləşdirilib. Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.