adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Sentyabr 2018 14:44
21128
MƏMLƏKƏT
A- A+

"Doğma qəriblər" bədii-sənədli filminin təqdimat mərasimi keçirilib

Bugün saat 14:00-da Beynəlxalq Mətbuat mərkəzində Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyinə həsr olunmuş "Doğma qəriblər" bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, film "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökuməti Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant layihəsi olaraq çəkilib. Tədbirdə tanınmış ziyalılar, millət vəkilləri və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə Lalə Əliyeva açıb. O, Qaqaz Ordusunun Bakını işğaldan xilas etməsi haqqında tarixi xatırladaraq türk- Azərbaycan dostluğunun möhkəm bağlar üzərində qurulduğunu bildirib: "Sabah Bakının Qafqaz Ordusu tərəfindən xilas edilməsinin 100 illiyi təntənə ilə qeyd olunacaq, yürüyüş keçiriləcək. Bizim dostluğumuz əbədi və sarsılmazdır. Əbəs yerə deməyiblər ki, türkün türkdən başqa dostu yoxdur."

Çıxışdan sonra Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib.

Növbəti çıxışçı Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin sədri Solmaz Əmirli film haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Türklərin Bakını erməni qəsbkarlarından xilas etməsinin böyük hadisə olduğunu və heç vaxt unudulmayacağını bildirib.

Daha sonra "Doğma qəriblər" filmi nümayiş olunub. 

"Doğma qəriblər” filmi Qafqaz İslam ordusunun 100 illiyinə ithafdır. Film Cümhuriyyət tarixinin ən önəmli səhifələrindən olan Qafqaz İslam ordusunun zəfər yürüşünü, ordunun əsas istiqamətdən kənarda – Azərbaycanın şimal bölgələrində aşkar edilmiş şəhid məzarlarını, 100 il öncəki tarixin yeni təfərrüatlarını önə çıxarır.

Filmin rejissorları Mahir Dərviş, Abdulqani Əliyev, sseenari müəllifi Lalə Əliyeva-Muradxanlıdır.


Sonda Əli Əmirli, Fazil Mustafa və başqa tanınmış ziyalılar, sənət adamları film haqqında fikirlərini bölüşüblər.