adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Sentyabr 2018 14:40
13173
ƏDƏBİYYAT
A- A+

Sozvuçie - Beynəlxalq Ədəbiyyat Portalı: Rəsul Rza və onun davamçıları haqqında

"Sozvuçie" - Beynəlxalq Ədəbiyyat və Publisistika Humanitar Portalı "Azərbaycan: klassiklər və müasirlər" Layihəsi çərçivəsində növbəti səhifəsini Azərbaycan poeziyasında sərbəst şeirin banisi, xalq şairi Rəsul Rza və onun yaradıcı ailəsinə həsr edib.

MDB məkanında, Qərbi və Şərqi Avropada yayımlanan mötəbər humanitar sayt daha bir unikal Azərbaycan ailəsini - klassik sovet poeziyasının görkəmli nümayəndələri Rəsul Rza, onun xanımı Nigar Rəfibəyli, poetik cütlüyün oğlu, xalq yazıçısı Anar və qızı Günel barədə oxuculara ətraflı məlumat verib. Təqdimatın giriş hissəsində qeyd edilir ki, dünyada belə unikal ailələr barmaqla sayılacaq qədər azdır, lakin Azərbaycan bu cəhətdən istisnadır. Bu ölkədə elm, mədəniyyət, ədəbiyyat sahəsində çalışan yaradıcı ailələrdən biri də xalq şairi Rəsul Rzanın ailəsidir.

Layihə çərçivəsində təqdim olunan səhifədə Rəsul Rza, Nigar Rəfibəyli, Anar və Günel Anarqızının həyat və yaradıcılığı barədə məlumatla yanaşı, Rəsul Rzanın məşhur "Rənglər" poemasından bir parça, Nigar Rəfibəylinin "Bu mənəm" qəzəli, Günel Anarqızının "Kaktus" hekayəsi də yer alıb.

Qeyd edək ki, Layihənin müəllifi Azərbaycan yazıçısı Kamran Nəzirlidir.