adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Sentyabr 2018 16:34
12862
KRİMİNAL
A- A+

Kürdəmirdə ər arvadını güllələyib

Sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə xəstəxanaya gətirilib.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən - əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16” markalı tüfəng götürülüb. Araşdırma aparılır.