ANA SƏHİFƏ / DÜNYA

Əfqanıstanda 67 talibançı məhv edilib

4183    |   2018-09-14 17:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əfqanıstan hərbi hava qüvvələri ilə milli müdafiə və təhlükəsizlik qüvvələrinin ölkənin müxtəlif əyalətlərində keçirdiyi birgə əməliyyatlar nəticəsində son sutka ərzində "Taliban” silahlı hərəkatının 67 döyüşçüsü məhv edilib.

Adalet.az xəbər verir ki, bu barədə "Tolo news” telekanalı Əfqanıstan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, son 24 saat ərzində milli müdafiə qüvvələri müxtəlif əyalətlərdə 12 birgə hücum əməliyyatları həyata keçirib, xüsusi təyinatlı bölmələr 114 xüsusi tapşırıq icra edib, Əfqanıstanın hərbi hava qüvvələri isə talibançıların mövqelərinə 12 hava zərbəsi endiriblər. Əməliyyatlar nəticəsində azı 67 silahlı üsyançı öldürülüb, 28-i yaralanıb. Həmçinin, onlara məxsus silahlar da məhv edilib.

Xatırladaq ki, "Taliban” hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndəhar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını "Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman "Taliban”ın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə ediblər.

Silahlı qruplaşmaya çevrilən "Taliban” hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən "Taliban” hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.



İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK