ANA SƏHİFƏ / MƏMLƏKƏT

Kürdə suyun səviyyəsi azalıb

4516    |   2018-09-15 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çayında isə beş faizini təşkil edir.

Departamantdən Adalet.az-a bildiriblər ki, sentyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində üç santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 122 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 70 kubmetr təşkil etməklə ongünlük normanın 50 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 12 kubmetr təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində üç, Şirvanda iki, Salyanda dörd, Bankədə üç santimetr azalma, Araz çayının Novruzlu məntəqəsində isə bir santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323 (2017-ci il sentyabrın 14-də 320 sm), Şirvanda 193 (2017-ci il sentyabrın 14-də 181 sm), Salyanda 151 (2017-ci il sentyabrın 14-də 135 sm), Bankədə 186 (2017-ci il sentyabrın 14-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 santimetrə (2017-ci il sentyabrın 14-də 58 sm) bərabərdir.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK