adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Sentyabr 2018 11:54
7045
GÜNDƏM
A- A+

“Türk Ulduzları” yenidən Bakıya gəlir

Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları” aviasiya qrupu sabah Bakıda nümunəvi uçuşlar edəcək.

AzVision.az-ın məlumatına görə, aviasiya qrupunun F-5 tipli təyyarələri 15 sentyabr - Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirak edəcək.
Paytaxtın "Azadlıq” meydanı vəBakıbuxtası üzərində nümunəvi uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, "Türk Ulduzları” aviasiya qrupu bundan əvvəl iyun ayının 26-da Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən hərbi paradda iştirak edib.