Sevdiyim qadın Tolikə görə məni tərk etdi - Eminquey yazır

EMİNQUEY AKİF
72986 | 2018-09-17 16:00

Qollarımı çırmaladım, külqabımı yanıma qoydum,başladım yazmağa...

2016 –cıil idi. Axşam feysbukda sarı saçlı bir qadından qəfil zəng gəldi. Əvvəlcəkarıxdım. Ki, görəsən bu qadın kimdir? Niyə zəng edir? Özümü cilovlayıb zənginiaçdım. Salam, hal-əhvaldan sonra dərhal soruşdu:

- Bir şair var, adı Baykal Məhəmmədlidir (zənn edinki, belə bir şair aramızdadır). Onu tanımırsız?

- Tanıyıram.

- Onu adam bilirdim, şeirlərinə vurulmuşdum. Ammaelə deyilmiş.

Açığı bu şair də, onun qızla olan münasibəti də mənə maraqlı deyildi. Ona görə dəsoruşmadım ki, söhbət nədən gedir, bizim bu Baykal bəy nə hoqqadan çıxıb. Ammaqadınlara nə var ki?! Sən soruşmasan da, o danışacaq.

- Əclaf mənə "padxod” elədi. Xoş cavab almayınca daağzına gələni dedi.

Qızıbaşa düşdüm. Çünki şeirlərimlə, yazılarımla bağlı tərif yazanlar adətən məndənnəsə umurlar. Bəzən çox sadə cavablar yazıram o adamlara. Və o adamlar daBaykalın göstərdiyi münasibəti göstərirlər. Elə bilirlər ki, hamının tərifinəcavab yazmaq, onlara yaltaqlanmaq məcburiyyətindəsən.

- İndi onun şəklini paylaşıb biabır edim, siz dəbaxın.

Beləşeylərin tərəfdarı deyiləm. Onçün də qızı fikrindən daşındırmağa çalışdım. Nəhayət,razı saldım. Ki, onun şəklini paylaşıb təhqir etməyəcək.

Sonranecəsə oldu, bilmirəm, bu qızla get-gedə yazışmalarımız artmağa, zəngləşmələrimizhər axşam saatlarına dəng gəlməyə başladı. Aramızdakı münasibətsə 6-7 ay keçməsinəbaxmayaraq yalnız "siz”dən "sən”ə qədər irəliləmişdi. Özümü bir az da busarışın, bəstəboy, imkanlı bir xanımın cangüdəni işləyən, alagözlü qızın dərdortağı hiss etməyə başlamışdım. Bir dəfə özünə də demişdim. Ki, deyəsən, mən səninrəfiqənəm. Özün də cangüdənsən, idmanla məşğulsan, mənsə çəlimsiz biri. Kişikimi qızsan, vallah.

Tanışlığımızın payızı. Səhərlərin birində yuxuma bu qızın zəngi haramqatdı.

- Evimi dəyişirəm. Mənə kömək edə bilərsən?

Aramızdatonlarla söz kəsmişik, necə "yox” deyə bilərdim ki?!

- Niyə eləmirəm, yerini de, gəlirəm.

Əlimə-üzüməsu vurub, əynimi geyinib yollandım dediyi ünvana. Bu 7-8 ay içində bizimbirinci görüşümüz idi. Birinci e, birinci.

Gəldikonun evinə. Dar, havasız bir gecəqonduda özümü tabutun içində hiss elədim.Əşyaları otağın dar qapısından çıxartmaq o yana, o uzun pilləkəndən düşürtməkzülm idi. Mən də arıq bir adam, özümdən böyük televizoru əlimə götürəndə eləbilirəm Sizif daşını təpəyə qaldırıram.

- Bəlkə çıxaq evə, duş qəbul edəsən, bir çay içəsən,çörək yeyəsən, sonra gedəsən? – qız gözlənilmədən təklif etdi.

- Evdə nəsə qalıb ki?

- Hə, qaz sobasını, qab-qacaqları saxlamışam. Hələiki gün gəlib gedəcəm.

- Yox, mən evə gedim, səni də narahat etməyim.

Açığıdeyim, onu narahat etməkdən çox, özümə hakim ola bilməyəcəyimdən qorxdum.Bilirsiz də, cavan adamın qanı qaynayır. Ona görə də evə dəvətini rədd etdim.

Sağollaşıbayrıldıq.

Düşünürdümki, artıq görüşlərimiz səngiməz. Sonra barmağımı dişlədim. Öz-özümə dedim:

- A kişi, işsizsən, cibində bir qəpiyin yoxdur. Necəgörüşəcəksən? Qızla bir çay içməlisən? Hardasa oturub bir tikə yemək yeməlisən?Səndə pul hardandı? Siqaretə pulun güclə çatır.

Məyusoldum.

Hər dəfəgörüşməyimizi istəyəndə bir bəhanə gətirirdim. Gah deyirdim, evdə təmir gedir,gah deyirdim, rayondayam, gah deyirdim, xəstəyəm. Bir dəfə də ona "Sən dənizsən”adlı şeir yazıb könlünü almışdım. O, dəlisov idi, xasiyyətində oğlanlıq varidi, romantikanı bir o qədər də sevmirdi. Yaşı da məndən düz 10 yaş böyük idi.Baxsan, heç deməzdin ki, o bu yaşın yiyəsidir. Amma artıq bizim aramızdakımünasibət özümüz də bilmədən sevgiyə çevrilmişdi.

Bir güngörüş sindromunu necə qırmağı fikirləşirdim. Birdən ağlıma gəldi ki, tez-tezkitab təqdimatlarına dəvət olunuram. Təqdimat zalları bizim görüş yerimiz olabilər. Ona yazdım:

- Görüşmək istəyirsən?

O dəqiqəyazdı:

- Hə, bəs neçə vaxtdı sənə demirəm, gəl, görüşək?

- O zaman gəl belə edək. Filan yerdə təqdimatolacaq, orada görüşək.

Razılaşdı.

Ammaiçimdəki "kişi” hissi mənə güc gəldi. Yenə özümə sual verdim:

- A kişi, işsizsən, cibində bir qəpiyin yoxdur. Laptutalım ki, təqdimatda görüşdün. Bəs ordan çıxanda necə olacaq? Qızla bir çayiçməlisən, ya yox? Hardasa oturub bir tikə yemək yeməlisən? Səndə pul hardandı?Siqaretə pulun güclə çatır.

Yenə məyusoldum.

Yenə bəhanələrgətirdim, görüşmədik.

Və nəhayət...

Bir günfeysbukda tanınmış prodüsser Tolik haqqında tənqidi bir status yazdım. Xeyliadam da həmin statusun altında Toliklə əməlli-başlı məzələnmişdi.

Dinnnnq!

Mesaj gəldi.

- Sən kimsən ki, Toliki təhqir edirsən, ələsalırsan? Hə? Tolik sənə nə edib? Sən hələ onun qədər tanın, sonra ona ilişərsən.Sənin xəbərin var ki, Tolikin qohumu mənim rəfiqəmdi? İndi o girib səninstatusunu oxusa, pis olmayacaq? Mənə deməyəcək ki, sənin sevgilin nə əclafadamdı?

Bumesajı oxuyanda mənim üzümdəki ifadəni təsəvvür edin. Tolikin qohumunun onun rəfiqəsiolmağının bizim sevgi münsaibətimizə nə dəxli? Niyə də, niyə?

- Sən əclafın yekəsisən, murdar adamsan, Tolikitanımırsan. O, çox sadə, təmiz adamdı. Ta bizimki alınmaz...

Cavabyazmaq istəyirdim ki, gördüm, qara siyahıya düşmüşəm, mesaj getmir. Zəng vurmaqistədim, zəngim getmədi. Yenə qara siyahı. Feysbuka baxdım, orada da eyni şey.

Şokdaidim. Necə ola bilər ki, 2 illik münasibət bir Tolikə görə məhv olsun? Necə olabilər ki, evinə getməyimə baxmayaraq, onun evə dəvətinə rədd cavabı verən mən əclaf,murdar adam oldum? Bəlkə də səhv özümdədir. Bəlkə də onun görüşmək istəyinə bəhanəgətirməməli, bəlkə də ümumiyyətlə, işsiz, pulsuz-parasız bir adam kimi sevgiyəbulaşmamalı idim. Bəlkə də... ağzımcibim qədər doluymuş, pulmuş açarım mənim.

Bilmirəm,amma dağın görünən tərəfi bu idi. Ki, sevdiyim qız Tolikə görə məndən ayrıldı.


TƏQVİM / ARXİV