adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

RAMİL USUBOVUN "ŞƏBƏKƏSİ" HAQDA BİR NEÇƏ KƏLMƏ

AQİL ABBAS
59719 | 2013-04-13 08:58

"Azadlıq"qəzeti çox mühüm bir "dövlət sirri"nin üstünü aça bilib. Heç demə,bir sıra dövlət məmurlarının və üzdəolan şəxslərin yaxın qohumları Daxili İşlərOrqanlarında müəyyən vəzifələrdəçalışırmışlar. Və heç demə, cənabnazir Ramil Usubov bu kadrlarlaDİO-da öz şəbəkəsini qururmuş.

Sovetlərdönəmində axmaq bir qanun vardı,ata-oğul, iki qardaş, yaxın qohumlar birstrukturda işləyə bilməzdilər. Bu çox zaman xoşagəlməz hallarasəbəb olur, qohumlar arasında, qardaşlararasında, hətta ata ilə oğul arasındamünasibətlər pozulurdu ki, biridigərinin inkişafına mane olur. Bəzən bir-birlərinə mane olmamaq üçün ərizə verib işdən gedirdilər.

İndi"Azadlıq" qəzetinin bəziməsələlərə Sovetlərin gözü ilə baxmasıqəribə deyilmi?

"Azadlıq"ınməntiqindən belə çıxır ki, məmurların və tanınmış şəxslərin ailə üzvləri və qohumları dövlət strukturlarında,hüquq-mühafizə orqanlarında işləyəbilməzlər. Niyə? Onlar da buölkənin vətəndaşları deyillərmi?! Onlarkiminsə övladı, qardaşı, qohumu olduqlarına görə Azərbaycan Respublikasının Konstitusiyasındaölkə vətəndaşlarına verilən hüquqlardanməhrum ediliblərmi?!

Əgər buməntiqlə yanaşsaq, təkcə DİO-ya deyil, digər hüquq-mühafizə, gücstrukturlarına xarici ölkələrdən işçi qüvvəsi gətirilsin. 9milyonluq bir xalqıq, özü də kökündə qohum-əqrəbalıq dayanan bir xalq.Qurdalasaq görərik ki, bu ölkədə deməkolar ki, hamı bir-biri ilə qohumdur. Daxili İşlər Orqanlarında on minlərlə insançalışır və bunların da təxminən 10 mindən çoxu zabitdir, vəzifəsahibidir. İndi nazirlik ailə üzvü,qohumu məmur olmayan bu qədər zabiti və vəzifə sahibini hardan tapsın, yuxarıda qeyd etdiyim kimi xaricdənmi dəvət eləsin?!

Ölkədə çoxaz ailə tapmaq olar ki, onların dövlət və güc strukturlarında, hüquq-mühafizəorqanlarında, eləcə də DİO-daqohum-əqrəbaları çalışmamış olsun. O ailələrin içində məmurlar da var, heç bir yerdə işləməyənlərdə, müxalifət də.

Qəzetdəkisiyahıda 30 nəfərin, yaxud 30vəzifənin adı çəkilir. Və bildirilir ki, bu siyahı böyükdür və araşdırmaları davam edir.Oxuculardan da kömək istəyirlər. İstəyirsizsə mən də sizə kömək edim, sizdə bu siyahını 100-ə, uzağı deyək ki, 150-yə çatdırasız.Bilirsinizmi ki, DİO-da 3 mindən artıqorta və yüksək rəis vəzifəsi var. Deyək ki, bunun150-si oldu məmurların adamı, bəs yerdə qalan 2850 vəzifəni tutanlar kimdir?!

Gülməlidir.Filankəslər nazir müavini VilayətEyvazovun kadrıdır. V.Eyvazov nazir müavinidir, kadrların seçilməsindənəinki iştirak edir, səlahiyyət sahibidir, həm də məsuliyyət daşıyır.DİO-da çalışan da onun kadrı olmalıdırdə, mənim yox ki!

Tovuzludur,deməli, Ramiz Zeynalovun qohumudur. İndi Dövlət Yol Polisinin rəisi tovuzludurdeyə tovuzlular yol polisindəçalışa bilməzlərmi?!

10 ilbundan əvvəl istefaya getmiş MünasibHəsənovun oğlu, atası haçansavəzifədə çalışdığı üçün ömrü boyueyni rütbədə, eyni vəzifədəmi qalmalıdır?!

Azərbaycan dövlətçiliyinə ləyaqətlə qulluq etmiş, sağlığındaxalq arasında böyük nüfuz qazanmışrəhmətlik Zakir Zeynalovunoğlu atasının yolu ilə gedə bilməzmi?! Həm də ona görə ki,tovuzludur və Ramiz Zeynalovla soyadlarıeynidir?!

Səbayel rayon Yol Polisinin rəisi Zaur Cəfərov. Zaurbu vəzifədə Arif Qaraşovun (keçmişReyestr xidməti) kürəkəni olmamışdan bu vəzifədə çalışır. Bilmək istəsəniz o, çox uzun illərDövlət Yol Polisində mühüm vəzifələrdən birində çalışmış vəhamının hörmətini qazanmış və 15 ilə yaxındır istefada olan AydınCəfərovun oğludur. Və vəzifəyə də atasıistefaya gedəndən çox sonra irəliçəkilib.

Uzunillərdir DİO-da çalışmış İsfəndiyar Mehbalıyev, Elşad Məmmədov irəli çəkiləbilməzlər ki, İsfəndiyar Səttar Mehbalıyevin, Elşad isə Elman Məmmədovun oğludur?! Hər iki gənci çox yaxındantanıyıram və hər ikisi çox ağıllı və savadlı gəncdir.

Və yazımüəllifləri bilirlərmi ki, DİO-dakadrlar test üsulu ilə vəzifəyə götürülür və test üsulu ilə də orta rəisvəzifəsinə irəli çəkilirlər.

"BinəqədiRayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov - nazir Usubovla bacanaq düşürlər". A.Məhərrəmovla qonşukənddənik, özünü də, nəslini də yaxşıtanıyıram və o, nəinki cənab nazirləbacanaqdı, heç uzaq qohum da deyillər.

MöhtərəmPrezidentimiz həmişə gənclərinirəli çəkilməsini diqqətmərkəzində saxladığı kimi, Daxiliİşlər Nazirliyində də gənc kadrlara xüsusi diqqət və qayğı göstərilir. Və hər il testlər keçirilir vəonların ən savadlıları, bacarıqlı olanlarıvakant yerlərə qəbul olunur və yairəli çəkilir. Bu testləri də DİN yox, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıkeçirir.

Ulu Öndərdeyirdi: "Gənclər Azərbaycanın gələcəyidir".

Siyahıda adlarınıyazdıqlarınızın 80 faizigənclərdir, niyə onların könlünə toxunursuz?!

P.S.Hörmətli "Azadlıq", məqalənin əvvəlində yazırsız: "... VidadiQurbanov isə 36-cı Polis Bölməsininrəisi vəzifəsinə təyin olunub..."

Daha sonraisə yazırsız: "... Xətai rayon 36-cı Polis Bölməsinin rəisi Nəsib. Nazirmüavini Vilayət Eyvazovun qohumu".

Aqil ABBAS

[email protected]

TƏQVİM / ARXİV