adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Sentyabr 2018 10:38
9185
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: CÜMƏ GÜNÜNÜN DUASI

Bir az yaxında otur
Oxu, ruhun duasın...
Bu vida pıçıltına -
Ruhumla qulaq asım...

Sən göylərə çox yaxın ,
Mən də yerin tərkinə...
Ruhumu səngidəcək -
Gözdən daman hər gilə...

Oxu , bütün duyğunla
Ruhum görsün içini...
Sevgini gizlətməyin -
Səndə olan gücünü...

... hamıdan yaxın otur
Candan oxu duanı...
Üzümdəkini götür -
görə bilim bu anı...