adalet.az header logo
  • Bakı 18°C
14 Sentyabr 2018 00:32
11449
ƏDƏBİYYAT
A- A+

Zəncilərin yaratmış olduğu janr


"Biq-bend" (ingiliscə - "böyük-dəstə orkestr") üçbölmədən ibarət idi: I saksofonlar bölməsi (sonralar klarnet də daxil edilir), II - "mis" alətlər bölməsi (trubalar və trombonlar), III - ritmik bölmə (fortepiano, gitara, kontrabas, zərb alətləri).
Yarandığı gündən indiyədək caz musiqisi çoxşaxəli inkişaf yolu keçmiş, onun bir çox cərəyanları və məktəbləri (bi-bop, proqressiv, xard-bop, soul-caz. caz-rok, fri-caz, simfo-caz və s.) yaranmışdır.
Caz musiqisinin mahir ifaçıları və yaradıcıları olan Lui Armstronq, Dyuk Ellinqton, Benni Qudmen, Qlen Miller, Ella Fiscerald, Bessi Smqet və b. adları artıq bütün dünyada məşhurlaşmışdır.
Caz elementlərindən iri formalı musiqi əsərlərində (simfoniya, opera, konsert) istifadə edilməsi ("simfo-caz") sayəsində bir sıra görkəmli sənət əsərləri yaranmışdır:
C. Gerşvinin "Blyuz üslubunda rapsodiya", "Porqi və Bess" operası; D. Miyonun "Dünyanın yaranması" baleti; A. Eşpayın orkestr üçün Konserti; Q. Qarayevin "İldırımlı yollarla" baleti, səs və caz orkestr üçün "Üç noktürn" (L. Xyuzun sözlərinə) və s.
Caz musiqisinin Rusiyaya gəlişi 20-ci illərə təsadüf edir. Bu dövrdə V. Parnax, A. Sfasman, L. Teplitskinin caz-orkestrləri yaranır. L. Ğtyosovun "Tea caz" orkestri xüsusilə məşhur olmuşdur.
1939-cu ildə Azərbaycanda görkəmli bəstəkarlar Niyazi və Tofiq Quliyev tərəfindən ilk Dövlət Caz Orkestri təşkil olunmuşdur. Sonralar R. Bdhböğgvök, Rauf Hacıyevin, Rafiq Babayevin rəhbərliyi ilə caz orkestrləri fəaliyyət göstərmişdir.
Caz daha da məşhurlaşıb yayıldıqca böyük şənliklər- festivallar daxilində ifa olunmağa başladı. İlk beynəlxalq əhəmiyyətli Cazz festivalı 25 fevral 1948-ci ildən bəri Fransanın Nis şəhərində keçirilən Nis Caz Festivalıdır.
Nyu Orleansda isə New Orleans Jazz & Heritage Festival adlı Caz festivalı 1970-ci ildən bu günə qədər hər aprel ayının axırıncı həftə sonu və may ayının ilk həftə sonu keçirilir.
Sevindirici haldır ki, dünyanın ən böyük Caz festivalları siyahısında Bakı Beynəlxalq Caz festivalının da adını görmək olur. Bakı Beynəlxalq Caz festivalı (Baku International Jazz Festival) 2005-ci ildən bəri hər il dünyanın müxtəlif ölkələrinin, eləcə də Azərbaycanlı Caz ifaçılarının iştirakı ilə təşkil olunur. Azərbaycanda milli cazın, yeni caz-muğam üslubunun yaranması virtuoz pianoçu və istedadlı bəstəkar Vaqif Mustafazədənin adı ilə bağlıdır. Onun davamçılarından Rafiq Babayev və Vaqif Sadıxovun adı çəkilə bilər.
Caz həm də elə bir musiqi növüdür ki, xüsusi zövqlü insanlar onu dinləyərkən həzz alır və eyni zövqlü insanları birləşdirir. 90-cı illərin sonunda caz faktik olaraq yüzillik yubileyini qeyd edir. Lakin bu ecazkar musiqi cazibəsini, əhəmiyyətini əsla itirmir, Lui Armstronq, Dizzi Gillespi, Mayls Devisin şanlı ənənələri davam etdirilir.