ANA SƏHİFƏ / Layihə

O, əsl insan idi

7539    |   2018-09-14 00:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

Mən əvvəlcə içməkdən qəti imtina elədim. Bir də ki, heç vaxt tut arağı içməmişdim axı. Onun təkidiylə yüz qram içdim. Bu arada qapının zəngi çalındı: "bülbül" cəh-cəh vurdu. Əlfi müəllimin qaynı, general Əhmədovun gəldiyini söylədilər. Mən onu birinci dəfəydi ki, görürdüm. Nə qədər səmimi, mehriban bir kişiydi. Əlində bir dənə quru balıq gətirmişdi. Onun gəlişi keyfimizi tamam düzəltdi. Əlfi müəllim məni qaynı ilə tanış edərək dedi:
-Ə, işini gör, vur getsin. Birdən-ikiyə generalla qədəh-qədəhə vurmusan bəyəm?
General da əsl poeziya həvəskarı imiş. Gələn kimi şair Nəriman Həsənzadəni arzuladı. Nərimanı da çağırdılar - qonşu idi. Demə onların arasında xüsusi səmimiyyət varmış. Çox mehriban görüşdülər.
O gecə məclis xeyli çəkdi. Yaddaqalan, qənimət bir görüş idi. Onlar gedəndən sonra Əlfi müəllim dedi:
-Xəbərin varmı ki, Nəriman Həsənzadənin də ilk şerlər kitabına ön sözü mən yazmışam?
-Belə deyin. - Gülümsədim.
-Hə, mən yazmışdım.
Bu vaxt onun üzündə xoşbəxt insanlara məxsus bir təbəssüm, razılıq ifadəsi vardı. Onun hər hərəkətini yadda saxlamaq istəyirəmmiş kimi, ona elə diqqətlə baxırdım ki... Hərdən Əlfi müəllimin xanımı Rəhilə xanımın qayğılı səsi eşidilirdi:
-Sən Allah, az iç, ay Əlfi...
O axşam qohumlarımızgildə qalacağımı bildirib bu mehriban ailədən ayrıldım. Yoxsa, buraxmaq istəmirdilər. Gecə ilə də vağzala gedib qatara minərək rayona yola düşdüm.
1984-cü ilin dekabrı idi. Axşam saat 9 olardı. Dumanlı bir hava vardı. Onda rayon icraiyyə komitəsində işləyirdim - təşkilat şöbəsinin müdiri. Mənə xəbər verdilər ki, qapınızın ağzında bir minik maşını dayanıb, səni soruşurlar. Az sonra ortancıl qızım Xalidə qaça-qaça gəlib xəbər verdi:
-Papa, Əlfi müəllim bizə gəlib!
Tez-tələsik evə gəldim. Qucaqlaşıb öpüşdük. Rəhilə müəllimə ilə, qardaşı Elmanın həyat yoldaşı ilə, onları Bakıya aparan sürücüylə əl tutub görüşdüm, "xoş gəlmisiniz, həmişə siz gələsiniz" - dedim. Demə Ağdamda, toyda imişlər. Dumana düşdükləri üçün bizdə gecələmək istəyiblər. Onda təzə tikdirdiyimiz evin birinci mərtəbəsinə yenicə köçmüşdük. Onların gəlişi bizim üçün ikiqat bayrama çevrildi. Əlfi müəllim bizdən heç də az sevinmirdi. Ona xüsusi ləzzət verən soraqlaşa-soraqlaşa bizim qapını tapan kimi, Xalidənin görən kimi onu tanıması olmuşdu.
Tox olsalar da süfrə açdıq - şirniyyat, mer-meyvə... Sonra da süfrəyə hazır xorəklər gəldi. Arada Əlfi müəllim bizim qızları çağırdı:
-Hə, bura gəlin. Ə, nə gözəl-göyçək qızlardır bunlar. Adınız nədir?
-Xatirə.
-Xalidə.
Validə.
-Bəs bu balacanın adı nədir?
-Leyla.
-Ay maşallah, Əlisəfa qızdan boldur ha. Allah saxlasın, övladın nə qızı - nə oğlu... Yaxşı qız baş ucalığıdır, gözəllik, şirinlikdir. Mən bax bu badəni bu gözəl-göyçək qızların, onların gələcəyi sağlığına qaldırıram. Arzu edirəm ki, atalarına, babalarına layiq övlad olsunlar.
Əlfi müəllimin xəbərini alan kimi qaynım Vaqif, həyat yoldaşı Natəvan da gəldilər. Söhbət yenə ədəbiyyatdan, sənətdən düşdü. Əlfi müəllim yenə povestlərimi təriflədi. Mən isə söhbətin səmtini dəyişmək üçün onun "Qağayı fəryadı" kitabından söz saldım. O, həmin kitabın məndə olub-olmadığını soruşdu. Dərhal kitabı şkafdan götürüb ona uzatdım.
Bu söhbət, dediyim kimi, 1984-ün dekabrında olmuşdu. Onda mən özümü saxlaya bilməyib dedim:
-"Qağayı fəryadı"... Bu ad elə bil ki, oxucuya nəsə deyir...
Əlfi müəllim fikirli halda dilləndi:
-Hə... Nəsə deyir...
Bəli, həqiqətən nəsə deyirdi. Mənə elə gəlir ki, durğunluq dövrü dediyimiz illərdəki nöqsanlarımız haqda cəsarətlə yazanlardan, o vaxtkı sosial bəlalarımızı çəkinmədən qamçılayanlardan biri də elə yazıçı Əlfi Qasımov idi. Bu cəsarətinə, açıqlığına, sözün düzünü çəkinmədən dediyinə görə xalq da onu sevirdi. O həqiqi mənada gözəl yazıçı, əsl insan idi...
Bu etirafı da ondan elə həmin söhbətdə aldım:
-Hə, "Qağayı fəryadı"... Bu kitaba görə nə qədər haqsız tənbehlərə məruz qaldım. Hətta Mərkəzi Komitəyə də çağırmışdılar - danlaq eşitməyə...
Onda "Toy gecəsi" romanının da birinci hissəsi jurnalda təzəcə çap olunmuşdu. Söhbət həmin romandan, onun baş qəhrəmanından düşəndə dedi:
-Tural həyati obraz olmayanda, bəs nədir? Elə tutaq ki, Əlisəfadır. Bu fağır heç nədən az əziyyət çəkib məgər?..
Əlfi müəllim həmişəki kimi, haqlı idi. Hər şeyi bilirdi. Bilirdi ki, 1981-ci ildə Daxili İşlər nazirliyinin siyasi işlər üzrə müavini bizim rayonda olanda milis şöbəsinin siyasi işlər üzrə müavini vəzifəsinə katib Mahmudov mənim namizədliyimi təklif etmişdi. Hətta şəxsi kitabxanasından hekayələr kitabımı da ona göstərmişdi. O da razılaşmışdı... Hər şey hazır idi, artıq otağımın telefonunu da bilirdim ki, yuxarıdan "yox" cavabı gəldi. Dedilər ki, qaynatası ticarətçidir, vaxtında məhkum olunub, olmaz. Təklif etdilər ki, arvadımla müvəqqəti boşanım. Bu şərt mənə misilsiz riyakarlıq kimi gəldi və inada düşdüm. Halbuki milisdə işləmək heç vaxt arzum olmayıb. Rusiyanın qırx vilayətinə məktubla müraciət edib, ali təhsilli hüquqşünas olduğumu yazdım, iş istədim. Bir neçə ünvandan cavab aldım - məni müstəntiq yerinə dəvət edirdilər. Getdim də. Amma atamın qəflətən avtomobil qəzasına düşməyi məni yenə evimizə qaytardı...
O ağır günlərimdə Əlfi müəllimin səbri, müdrikliyi, şirin söz-söhbəti mənə əməlli-başlı dayaq oldu.
...1985-ci ilin fevral ayı idi. Həmişə olduğu kimi, Bakıya gəlmişdim, Əlfi müəllimlə görüşə. Qapıdan içəri girəndə onu yerində görmədim. Bu narahatçılığı hiss edən iş yoldaşı və dostu şair Vilayət Rüstəmzadə dedi:
-Narahat olma, ustad bir az soyuqlayan kimidir. Bu gün işə çıxmayıb. İmkanın olsaydı, gedib dəyərdik...
İşin axırında Vilayət müəllimlə onlara getdik. Vilayət ona həmişə "ustad" deyə müraciət edərdi. Əlfi müəllim yerində uzanmışdı. Bizi görən kimi, elə sevindi ki... Rəhilə müəllimə işə tələsirdi - üzrxahlıq edib getdi. Dərs dediyi Mədəni-Maarif texnikumunda şair Qabillə görüş keçirəcəkdilər. Vüqar evdə idi. Vilayət Əlfi müəllimin yenicə makinadan çıxmış yazılarını gətirmişdi. Onu elə bir şövqlə vərəqlədi ki... Sonra da üzərində işlədiyi "Toy gecəsi" romanının ikinci hissəsinin səkkizinci fəslinin əlyazmalarını bizə qürurla göstərdi. Bu gecə yazdığını dedi. Söhbət beləcə uzandı. Öz uşaqlığından, kasıb, imkansız bir ailədən çıxmasından danışdı. Müəlimliyindən, universitetin tələbəsi ola-ola "Azərbaycan" jurnalının tənqid şöbəsinə rəhbərlik etməsindən, bir ara "Azərbaycan dəmiryolçusu" qəzetində ədəbi işçi, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini, "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib işlədiyi zamanları xatırladı... Sonra Mətbuat Komitəsin... əvvəlcə nəşriyyat idarəsinin rəisi, sonra da baş redaktor... Lap axırda da "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri...
Arada mənim də könlümü almağı unutmadı:
-Ə, görürəm nəşriyyatlar səni yaman get-gələ salırlar. Povestlərini gətir, hamısını özüm nəşr edəcəm...
Və 1985-ci ilin mart ayı... Həmyerlimiz, şair Qəşəm İsazadənin rayonda, burada olduğunu eşidib, müavinin otağına keçdim. Qafur müəllim yerində yox idi, sədrin yanına keçmişdi. Görüşəndən sonra Qəşəmdən soruşdum:
-Şəhərdə nə var, nə yox?
-Sağlığın, - dedi. - Ancaq xəbərin var, Əlfi Qasımov... vəfat etdi. Dəfninə mən də getmişdim. Səhər üçüdür.
(ardı gələn sayımızda)



Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Hidayət Elvüsal görür ki, Vəli Xramçaylı kanalın kənarında durub əlindəki qəpikləri bir-bir suya atır.
- Ay Vəli, nağayrırsan?
- Heç qağa, 20 qəpiyim suya düşüb, indi beş-altısınıda suya atıram ki, sonra deməsinlər Vəli 20 qəpikdən ötrü kanala girif.




digər lətifələr
ARXİV
FACEBOOK